4 general mayor və 39 polkovnik təltif olundu
24 iyun, 2021 13:00

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azsiyasət.com xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5863 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, biri 1-ci dərəcəli kapitan, 98-i isə polkovnik-leytenantdır.