Mərkəzi Bankın "qara siyahısında" olan Azərbaycan zabiti - Elşən Umarova kredit vermirlər

25 iyun, 2021 00:34

Azərbaycan Ordusunun polkovnik-leytenantı, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində əvvəldən sona qədər rəşadət göstərmiş, bir neçə dəfə yaralansa da, israrla cəbhə xəttinə qayıdaraq, düşmənlə savaşmış Elşən Umarov bankların haqsızlığı ilə üzləşib. Zabitimiz Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib, Ali Baş Komandan tərəfindən təltif edilib. Peşəkar zabit E.Umarov hazırda Vətən qarşısında xidmətini Qubadlıda davam etdirir.

Onun yaxınları bildiriblər ki, E.Umarov hazırda banklardan kredit ala bilmir. Çünki döyüşlərdə olduğu zaman “Unibank”-a kredit borcunu gecikdirib, buna görə onun adını Mərkəzi Bankın “qara siyahısı”-na salıblar.

Baxmayaraq ki, müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən müharibəsi iştirakçılarının döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma adıçəkilən bank dövlət başçısının bu tövsiyəsini Elşən Umarova aid etməyib.

“Elşən Umarov zabit kimi yüksək əməkhaqqı alıb, müharibədən əvvəl kredit borclarını vaxtında ödəyib. Ona görə kredit almaq onun üçün problem olmayıb. Amma müharibə günlərində, zabitlərin nəinki kredit ödəmək, həftələrlə ailəsi ilə telefonda danışmaq imkanı olmayıb. Bu şəraitdə E.Umarov kreditin borcunu necə ödəyə bilərdi? O, döyüşlərdən qayıdan kimi gecikmiş borclarını qaytarıb və hazırda qrafik üzrə ödənişini davam etdirir. Amma ona yenidən kredit vəsaiti lazımdır, çünki övladının xeyir işi yaxınlaşır, onun xərclərini qarşılamalıdır. Hazırki şəraitdə bu vəsaiti ancaq banklardan almaq olar, çünki Azərbaycan Ordusununun zabitləri, onların çevrələri varlı insanlar deyillər. Müharibədən sonra şəhidlərin, qazilərin milyonlarla manat borcları bağlanıb. Elə bu fakt göstərir ki, zabitlər daim ehtiyac içində olublar və bankların ən çox müştəriləri elə bu təbəqədəndir. “Unibank” ASC-dən Elşən Umarova bildiriblər ki, adı Mərkəzi Bankın reyestrində problemli müştəri kateqoriyasına salınıb. Ona görə istədiyi kredit məbləğini ona verə bilməzlər”, - deyə zabitin qohumları bildiriblər.

E.Umarov hazırda üzləşdiyi haqsızlığa görə çıxılmaz vəziyyətdədir. Onu daha çox incidən isə işi-gücü rahat otaqlarda, fırlanan kreslolarda əyləşib pul satmaq olan bankirlərin ona pul satmamasıdır. O, sadəcə aylıq 25-27 fazilə, daha doğrusu sələmçi şərtləri ilə borc vəsaiti istəyir ki, problemini yoluna qoya bilsin. Amma problemli kreditlər içində itib-batan banklar Azərbaycan zabitinin özünü “problemli” elan ediblər.

Böyük haqsızlıqdır!

azpolitika.info

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR