İrandan Azərbaycana 70 kq narkotik gətirən şəxslər həbs edildi

25 iyun, 2021 17:15

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilən tədbirlər nəticəsində təxmini çəkisi 70 kilo­qram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-dan verilən məlumata görə, iyunun 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram “heroin”, 2000 qram “metamfetamin” və 6400 qram “marixuana”) aşkar olunaraq götürülüb.

İyunun 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zasta­va­sının ərazisində İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulacağı barədə daxil olan məlumatla əlaqədar dövlət sərhədin mühafizəsi gücləndirilmiş üsulla təşkil edilib, ərazidə əlavə heyət yerləşdirilib. Saat 03:00 radələrində dövlət sərhədinin pozulması aşkar edildikdən sonra dərhal sərhəd pozucularının təqibinə başlanılmış, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəh­rəm­təpə-Bakı avtomagistral yolu istiqamətində “MAZ” markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyən­ləşdirilmiş şəxslərin üzərindəki 2 ədəd bağla­manın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram “heroin”, 5863 qram “marixuana”, 3300 qram “metamfetamin”), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləriaşkar olunaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirlən­dirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"