Neft bahalaşır, ancaq Azərbaycanın gəlirləri azalır - SƏBƏBLƏR...

28 iyun, 2021 10:43

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Ötən cümə günü Brent markalı neft yenidən 76 dolları keçdi... Bu gün isə Brent neftinin 1 barelə görə qiyməti 76,10 dollar təşkil edib.

Bu il yanvarın 1-dən qiymətlər artıq 49% artım nümayiş etdirib.

Azsiyaset.com xəbər verir ki, neft sahəsini araşdıran ekspert İlham Şaban bildirib ki, son vaxtlar bahalaşma müşahidə olunsa da, Azərbaycan Neft Fonduna mənfəət neftindən daxilolmalar artmaq əvəzinə azalır.

Bunun səbəblərinə toxunan İ.Şaban deyib:

“Azərbaycan 2020-ci ilin mayında OPEC+ çərçivəsində müstəqillik tarixində ilk dəfə administrativ yolla hasilatı azaltmağa başladı. 2021-ci ilin yanvarından ölkəmiz hasilat kvotasını yenidən artırmağa başladı. 2021-ci ilin mayın yekunlarında məlum oldu ki, OPEC+ çərçivəsində 603 min barel gündəlik neft hasilatı kvotası verilsə də, reallıqda 586 min barel neft hasil edə bilmişik, yəni verilən imkandan 17 min barel az, özü də hər gün”.

Energetika Nazirliyinin məlumatlarına istinad edən ekspert deyib ki, 2021-ci ilin 5 ayında neft və kondensat hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 918,7 min ton (təqribən 6,8 mln barel) az olub.

Yanvar-may aylarında Azərbaycan neft ixracı 2020-ci ilin 5 ayı ilə müqayisədə 5,9 mln. barel azalıb.

“Neft Fonduna mənfəət gətirən əsas aktiv - "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə hasilat 1 mln. ton azalaraq (SOCAR hasilatını 100 min tona qədər artıra bilib) 9,5 mln. ton (70 mln. barel və ya gündəlik 465,5 min barel) təşkil edib.

Bildirmək istəyirəm ki, Neft Fondunun "Azəri-Çıraq-Günəşli"dən əldə etdiyi gəlirin pik dövrü 2011-ci ilə təsadüf edib: 19 027,5 mln. Dollar. Bu göstərici 2019-cu ildə 7 971,3 mln. dollara qədər azalıb, 2020-ci ildə isə cəmi 3 523 mln. dollar təşkil edib. 2021-ci ilin ilk 5 aylnda isə "Azəri-Çıraq-Günəşli"  layihəsindən Neft Fonduna daxilolmalar 1 850,2 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 255,8 mln. dollar və ya 12,1% az mənfəət deməkdir”,- İlham Şaban bildirib.

Bu il "Azəri-Çıraq-Günəşli"dən qazancımız ötən ilki səviyyədən çox ola bilərmi?

Suala cavab verən ekspertin sözlərinə görə, neftin 70 dollardan aşağı olmayan qiymətləri bazarda dominantlıq edərsə, əlbəttəki bu, mümkündür.

“Ancaq tutaq ki, 4,3 mlrd. dollar qazan. Gələn il hasilat artımı gözlənilmir və neft qiymətlərinin də builkindən aşağı olması proqnoz edilir - onda yenə 4 mlrd. dollatrdan az bir mənfəət gözləmək olar. Yəni Azərbaycan həqiqətən 2020-dən gəlirlər baxımından postneft zamanındadır...
Qeyri-neft sektorunun mühərriki cəmiyyətə 5.7 kimi təqdim edilsə də, onun praktiki dartı qüvvəsi və sürəti hələ ki çox aşağıdır...”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR