Vətən müharibəsi iştirakçısı intihar etdi
28 iyun, 2021 14:33
Şirvanda 33 yaşlı kişi intihar edib.
Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb.
Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.