Fərhad Əhmədovla deputat arasında "gizli sövdələşmə" - Teymur Əhmədov necə qorunur?

29 iyun, 2021 14:16

Bildiyiniz kimi, bir neçə gün bundan öncə Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovun qardaşı oğlu, “AzNar”ın Baş direktoru Teymur Əhmədovun qanunsuz əməlləri barədə vətəndaş şikayətləri əsasında material dərc etmişdik. Milyarder F.Əhmədova məxsus olan “AzNar”da baş verən qanunsuzluqlardan, işçilərin maaşlarının verilməməsindən, vergidən yayınma hallarından və T.Əhmədovun qanunazidd əməllərindən ətraflı bəhs etmişdik. 

Azsiyasət.com olaraq, vətəndaşların haqlı şikayətlərini araşdıracağımızı da qeyd etmişdik.

Məsələ ilə bağlı F.Əhmədovla bağlı əlaqə yaratmaq cəhdlərimiz boşa çıxsa da, onun qardaşı oğlu T.Əhmədovun yaxın ətrafı ilə ünsiyyət qura bildik. T.Əhmədovun "sərhdəsiz" həyat tərzini nəzərə alaraq, onunla əlaqə yaradıb məsələyə münasibət öyrənməyi məqsədəuyğun hesab etmədik.

Ancaq T.Əhmədovun yaxın ətrafından Azsiyasət.com-a ilginc məlumatlar daxil oldu.

Bildirilir ki, F.Əhmədov biznesinin böyük bir hissəsini qardaşı oğlu 30 yaşlı Teymura həvalə edib.  O, Teymura dərin inam bəsləyir, ona görə də vətəndaşların incidilməsini də görməzdən gəlir, Teymurun xətrinə dəymək istəmir.

Hətta F.Əhmədov qardaşı oğlunun Azərbaycandakı qanunsuz əməllərini Milli Məclisin deputatı Sabir Hacıyevin vasitəsilə ört-basdır etdiyi bildirilir.

Belə ki, F.Əhmədovun xahişi ilə S.Hacıyev Teymuru özünün "siyasi himayəsi" altına alıb, o, Teymurla müxtəlif qurumlar arasında əsas “vasitəçi” isimdir.

S.Hacıyevin oğlu Kamal Hacıyevlə Teymur Əhmədov dostdur.  K.Hacıyev də məhz F.Əhmədovun əlaqələri vasitəsilə Rusiyada, Amerikada, Maltada geniş biznes şəbəkəsi qurub. Bundan başqa, K.Hacıyevin qaynatası olan iş adamı Bəylər Məmmədovun F.Əhmədovla yaxın münasibətləri var. S.Hacıyevin biznes şəbəkəsinə daxil olan şirkətlər barədə mətbuatda kifayət qədər məlumat olduğuna görə, bu məsələyə toxunmaq istəmirik.

Vətəndaşların “AzNar”l bağlı şikayətlərinə Göyaçay Rayon İcra hakimiyyətindən də reaksiya verilmir, insanlar get-gələ salınır. Heç şübhəsiz, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin F.Əhmədovla olan isti münasibətləri vətəndaşların haqlı mövqeyini arxa plana atmış olur.

Teymurdan icra hakimiyyətinə olunan şikayətlərə isə “sahibkarları incitmək olmaz” şəklində cavab verilir. Bəs sahibkar vergidən yayınırsa, fəhlələrin pulunu vermirsə, necə!? Dövlətin sahibkara dəstəyi onu qanunsuzluğa sövq etməməlidir.

T.Əhmədovu himayə etməsi ilə bağlı səslənən ittihamlara cavab vermək üçün deputat S.Hacıyevə, onun köməkçisinə edilən zənglərimizə cavab verən olmadı.

Məsələni bundan sonra da araşdırıb diqqətdə saxlayacağıq.

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR