Azərbaycanlı jurnalistlər Ukraynanın nüfuzlu media rəhbərləri ilə görüşüb - FOTOLAR

29 iyun, 2021 16:14

"Azxeber Media" Qrupun təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov, "Editor.az" informasiya portalının rəhbəri Fərid Şahbazlı Ukraynada səfərdədir.  

Səfərin məqsədi Ukrayna və Azərbaycan mediası arasında əlaqələrin inkişafı və hər iki ölkə gəncləri arasında birgə layihələrin icrası imkanlarını müzakirə etməkdir. Səfər çərçivəsində azərbaycanlı jurnalistlərin ilk görüşü bir qrup ukraynalı jurnalistlər və hərbi ekspertlər - Yuriy Koçevenko, Dmitri Qromokov, Yuriy Cukro və Valentina Bikova ilə baş tutub.

Tədbirdə 44 günlük Vətən Müharibəsində Ukrayna mediasının Azərbaycanın haqlı savaşına verilən dəstəyə görə təşəkkür edilib. 

Daha sonra  iki ölkənin medialararası münasibətlərin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. 

Ekspertlər çalışdıqları media orqanlarında Azərbaycanla bağlı bundan sonra da daha geniş məqalələrlə çıxış edəcəklərini bildiriblər.  Səfərin ikinci günü Ukraynanın tanınmış informasiya agentliklərindən olan "Qolos" Media Qrupu" ziyarət edilib. 

Vətən Müharibəsi dönəmində Azərbaycanla bağlı verdiyi obyektiv informasiyalarla Ukrayna mediasında özünəməxsus yerə malik olan "Qolos”un rəhbəri Viktoria Poluşkinaya təşəkkür edilib. 

V.Poluşkina Azərbaycanı haqlı müharibədə əldə etdiyi zəfərə görə təbrik edib. O, yaxın gələcəkdə Ukrayna-Azərbaycan medialararası platformunun yaranmasının vacibliyini vurğulayıb.

Jurnalistlər həmçinin  Ukrayna Maliyyə Nazirliyinin Universitetində universitetin birinci prorektoru Anton Monayenko və beynəlxalq əlaqələr şöbəsinin direktoru Andrey Bozkov ilə görüşüb. Görüşdə azərbaycanlı gənclər üçün yeni imkanlar və ortaq layihələrlə bağlı maraqlı müzakirəmiz baş tutub. Daha sonra universitetin Jurnalistika fakültəsi və studiyası ziyarət edilib. Jurnalistika fakültəsi ilə ortaq layihələrlə bağlı razılıq əldə olunub.

Tədbirlərin üçüncü günü Odessa şəhərində davam edib. 

Odessada Ukrayna Jurnalistlər Birliyinin Regional Ofisində keçirilən tədbirdə birliyin sədri, Ukraynanın Əməkdar jurnalisti Yuri Rabotin, birliyin İdarə Heyətinin üzvü, tanınmış jurnalist Natalia Privalova və digər rəsmi şəxslər iştirak edib. 

Görüş zamanı ukraynalı jurnalistlərə Vətən müharibəsi, Azərbaycandakı media siyasəti haqqında geniş məlumat verilib və  Azərbaycan-Ukrayna mediası arasında əməkdaşlıq üçün ilkin razılığa gəlinib.

Görüşlərdə Vətən Müharibəsinin qələbə simvolu olan "Xarı Bülbül” sancaqları hədiyyə edilib.

Tədbirlər Ukrayna mediası tərəfindən geniş işıqlandırılıb. 

Görüşlər davam edir. 

Qeyd edək ki, səfərin baş tutmasına "Liatris Travel" təşkilatı dəstək verib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR