"Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır" - Rasim Balayev

30 iyun, 2021 10:50

Bu gün ölkəmizdə yas mərasimləri öz israfçılığı və təmtərağı ilə seçilir. Əgər ailənin bir üzvü dünyasını dəyişirsə, onun dəfni ilə yanaşı, yas məclisini “yola vermək” üçün müəyyən maddi vəsait tələb olunur. Bu isə çox vaxt hüzr sahibinin borca düşməsinə səbəb olur.

Azsiyasət.com xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev deyib ki, yas mərasimlərimizdə yol verilən hədsiz israfçılıq acınacaqlı haldır:

“Yas mərasimlərində də əndazəni aşmışıq. Ehsanlarımız da bərbad vəziyyətdədir. Adamlar yığılır gəlir “ha-ha-hi” salırlar. Elə adam var imkanı yaxşıdır ehsanı verir, eləsi də var ki, imkanı yoxdur, borca girib ehsan verir. Kimsə öləndə camaat bilmir ölünün dərdini çəksin ya onun yasında verəcəyi ərzağın. Mən Türkiyədə də, İranda da yas məclislərində olmuşam, hər ikisi islam ölkəsidir, onlarda yaslar çox səliqəli keçir. Ehsanda çay, limon və halva olmalıdır, vəssalam. Bu nə deməkdir?! Vallah, elə yas yeri görmüşəm ki, süfrədə bir dənə spirtli içki çatmır. Dünyanın nə neməti varsa, yığıb tökürlər stolun üstünə, belə şey olmaz axı. Süfrəyə konfet, şokolad, banan qoyurlar təsəvvür edirsiniz?! Bu nişan deyil axı yasdır. Bəsdirin!”

Aktyorun sözlərinə görə ölü üçün “ehsan vermək” ifadəsinin əsl mahiyyətinə varmaq lazımdır:

“Əgər sənin belə çox imkanın varsa, atanın, ananın ruhunu şad eləmək istəyirsənsə, get 3-4 imkansızın balasının təhsil haqqını ödə. Yaxud 2-3 qoyun kəsdir, şəhid ailələrinə payla. Bax, ehsan budur, yoxsa, harınlamış adamların gəlib süfrə başında bir-iki tikə nəsə yeməyi deyil. Belə şeylər o qədər artıb ki, artıq tanıdığım bir neçə şadlıq sarayı mərasim evinə çevrilib. Oğluma toy elədiyim “Tural” restoranı indi mərasim zalına, yasxanaya çevrilib. Vallah, islahat aparmaq lazımdır. Bir hadisə eşitmişəm, deməli, Naxçıvanın rəhbər şəxlərindən birinin yaxını vəfat edib, deyib ki, mən ehsan verə bilərəm, amma vermirəm, məsləhət görürəm ki, heç kəs də verməsin. Ancaq çay, limon, qənd və halva olsun. İnanın yasını yola vermək üçün borca düşən adamlar görmüşəm. Soruşanda ki, niyə belə edirsən? Deyir ki, “Ay Rasim, camaat deyəcək anasının qədrini bilmədi”. Hər kəs ayağını yorğanına görə uzatmalıdır. İsrafçılıq etmək olmaz. Quranda da israfçılıq haramdır, belə olmaz”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR