Azərbaycanda prokuror məhkəməyə verildi - 14 vətəndaş şikayətçidir

30 iyun, 2021 11:14

Balakən rayonu, Meşəşambul kəndinin 14 sakini rayonun prokuroru Qoşqar Əhmədova qarşı məhkəmə iddiası qaldırıb.

Azsiyasət.com xəbər verir ki, bununla bağlı Osbanov Hacı, Dadaşova Cənnətey, Hetayev İlkin, Dibirova Həcər, Dibirov Hacı, Qoçiyev İbrahim, Dibirov Musa, Gəncəyev Nürəddin, Dibirov Fərhad, Anqbazov Ramazan, Taşrayev Murtuzəli, Taşrayev Çingiz, Dadaşova Məryəm və Heydərov Şamil Balakən rayon məhkəməsinə müraciət edib.

Sakinlər bildirib ki, 2020-ci ilin iyulunda kənd sakini Həcər Dibirovaya məxsus 14 hissədən ibarət (çörəkbişirmə, taxta sexləri, taxıl anbarı, kafe, bərbərxana, mağaza və s.) obyektdə yanğın baş verib. Bundan sonra araşdırma başlayıb.

Fövqəladə Hallar Nazirliyinin iyulun 20-də tərtib etdiyi aktda yanğına elektrik xətlərində yaranmış qısaqapanmanın səbəb olduğu qeyd edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, yanğın zamanı yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri 106 380,50 manatdır.

Sakinlər iddia ərizələrində qeyd ediblər ki, qanuna görə, yoxlama müddəti bir aya yekunlaşdırılmalı və nəticədən asılı olaraq ya cinayət işi başlanılmalı, ya da cinayət işinin başlanılması rədd edilməlidir: “Lakin yanğından sonra kənd ərazisində dəfələrlə elektrik xətlərində baş verən gərginliyin artıb-azalması nəticəsində evlərinə və məişət əşyalarına ciddi ziyan dəyib.

Lakin prokurorluq bir aya yekunlaşdırmalı olduğu işi bir ilə yaxındır tamamlamadığı üçün elektrik sistemində yaşanan problemlər də aradan qaldırılmır və prokurorluq ziyana düşmüş adamları zərərçəkmiş kimi tanımaqdan imtina edir. Sonuncu dəfə bu ilin aprelin 21-də kənddə 20-yə yaxın evdə paltaryuyan maşın, soyuducu və televizorlar yanıb”.

Buna görə də sakinlər məhkəmədən prokurorun hərəkətlərinin qanunsuz sayılması haqda qərar çıxarılmasını istəyiblər. Məhkəmə prosesi iyulun 1-də Balakən rayon məhkəməsinin hakimi Zamin Tahirovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, FHN müstəntiqləri istintaqın nəticəsində belə qərara gəlib ki, yanğına görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə nəzərdə tutulmuş səhlənkarlıq cinayətinin tərkib əlamətləri var. Lakin maddədə nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq prokurorluq orqanları tərəfindən aparılır. Buna görə də materiallar Balakən rayon Prokurorluğuna göndərilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR