Qarabağda döyüşən, müharibədən iki ay sonra Bakı bulvarında tutulan rusiyalı muzdlu

01 iyul, 2021 00:17

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edilib.

İttihama görə, Edurard Dubakov Azərbaycanın  işğal altında olmuş torpaqlarına qanunsuz səfər edərək hərbi təlimlərə qatılıb. Dəfələrlə Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. Sonuncu dəfə bu il yanvarın 1-də  terror-təxribat əməlləri törətmək məqsədilə Bakıya gəlib. Həmin gün E.Dubakov hüquq- mühafizə orqanları tərəfindən paytaxtın dənizkənarı bulvar  ərazisində saxlanılıb.

Hakim təqsirləndirilən şəxsə bildirib ki, ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini taparsa, onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Təqsirləndirilən E.Dubakov ona elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib. İfadəsində milliyyətcə erməni olan atası Sergey İsraelyanın Bakıda doğulduğunu, anasının isə Qazaxıstan vətəndaşı oıduğunu, sonradan ailə üzvlərinin Rusiyaya köçdüyünü deyib:

"Ata qohumlarım Əsgəranda və Xankəndində yaşayırlar. Onlarla münasibətlərim var”.

E.Dubakovun ifadəsində 2018-ci ildə "VOMA" terror təşkilatının rəsmi saytında qeydiyyatdan keçdiyini, həmin təşkilatın üzvü olduqdan sonra internet üzərindən təşkilatın rəhbərliyi ilə danışıqlar apardığını, bir neçə dəfə işğal olunmuş ərazilərdə və Yerevanda olduğunu deyib. Bildirib ki, təşkilatın rəhbəri Vladimir  Vartanov Qarabağ müharibəsində iştirak etmişdi. (Söhbət birinci Qarabağ müharibəsində erməni kəşfiyyat batalyonunun komandiri olmuş “Vova”dan gedir,-red.)

Məhkəmədə ziddiyyətli ifadələr verən E.Dubakov həm Rusiya, həm Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edib. Həmçinin separatçı Cənubi Osetiyadakı Rusiya "sülhməramlılarının"  tərkibində xidmət etdiyini deyib.

Hakim isə bildirib ki, təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ziddiyyət təşkil etdiyindən növbəti prosesdə onun istintaqa verdiyi ifadəsi elan olunacaq.

Şahid qismində məhkəmədə ifadə verən Füzuli Ələsgərov deyib ki, Eduard Dubakov onun işlədiyi yerin yaxınlığında – “Zəfər parkı” ərazisində saxlanılıb: “Bu şəxs saxlanılan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı yaxınlaşıb axtarış aparırdılar, bunun üçün bizim şahidliyimizə ehtiyacları olduğunu dedilər. Onun çantasında rusca, ermənicə yazılar, kağızlar və başqa əşyalar var idi. Eduard saxlanılan zaman ona qarşı çox normal davranılıb. Ona qarşı heç bir kobud və qeyri insani hərəkətə yol verilməyib".

Məhkəmə prosesi iyulun 7-də davam edəcək.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə),  218.2-ci (cinayətkar qruplaşmanın tərkibində iştirak etmə), 318.2-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR