Qazın yeni qiyməti və qaz adamlar… - Kimlər etiraz edir?

01 iyul, 2021 13:20

Allaha and olsun, qazın və işığın yeni qiymətinin daha çox təsir elədiyi qara camaat dünən restoranlarda kef edirdi, ayaqlarını yemək menyusunun dalından soxub qabağından çıxarırdılar.

Hünərin varsa, get onların yanında hökuməti tənqid elə, hansısa məmuru söy! Ya sənə “işverən” kimi baxacaqlar, ya da qarnını qabağa verib “qağa, elə demə, Allaha şükür” deyib ən axırıncı adam kimi sənin bütün nəslini ürəyində həmin restoranın həyətinə düzəcək. 1 qəpik nədir, a kişi?!

Dənizqırağı restoranlar, bahalı banketlər ağzına kimi dolub, hamısı da imkansızların yeyib-içmək məclisləri… Tarqovıda yerləşən bahalı restoranlar Yardımlının Peştəsər, Gədəbəyin Dırnıx, Şəkinin Düzdırıxlı, Tovuzun Mamalı kəndinin inək saxlayıb övlad böyüdən kişilərinin qızları-oğlanları ilə ağzına qədər dolub-daşır.. Balası Bakıda təhsil alsın deyə, 60 qəpiklik siqaret çəkən valideyn nə bilsin axı, övlad 20 manatlıq çay sifariş verib rəfiqləri-rəfiqələri ilə Tarqovıda ali dəyərlərdən danışır…

Kimsə sosial şəbəkələrdə (hələ real həyatda demir ha) xalqın etirazını gördümü? Görmədi!

Bəs etiraz edən kimlər oldu? Jurnalistlər! Bu haqda azacıq aşağıda…

- Masazırı Bakının paytaxtı bilənlərin,

- Evdə anasını döyüb restoranda 100 qram vurandan sonra “ana” muğamatı sifariş verib ağlayanların,

- Metroya 20 yanvardan girib Həzi Aslanovdan çıxanların,

- Kənddəki sevgilisinə pivə bakalı ilə şəkil çəkdirib göndərənlərin,

- Özünə türk seriallarındakı kimi şirkətli, oliqarx oğlan axtaranların qazın və işığın yeni qiymətinə etiraz etdiyini gördünüzmü? Xeyr!

Bəs belələrinin sayı nə qədərdir? Milyonlarla! O zaman ölkə əhalisi nə qədərdir? Cəmi 10 milyon! Əziz “etirazçı”lar, sifarişli tənqidbazlar! Gedin, aşığınızı atın da!

Bəs kimdir sosial şəbəkələrdə qazın, işığın qiymətinə etiraz edənlər?

Dünən etirazçı edən jurnalistlərdən birinə zəng etdim. Bu jurnalist axırıncı dəfə Birinci Qarabağ Müharibəsi qazisinin qaz problemini 200 manat alıb işıqlandırmışdı, özünü də efirə (yutub kanala) çıxarmışdı. Bu yeni növ vətəndaş-jurnalistə zəng edib qazın və işığın yeni qiymətində nə dəyişiklik baş verdiyini soruşdum. İzah edə bilmədi. NA!!! Bu adam Facebookda nəyə etiraz edirdi, bax onu anlamadım.

1 qəpiyin davası gedir!

- İşğal altında qalan torpaqlarını 30 il sonra azad edən xalqdan 1 qəpik bahalaşmaya (?) görə inqilab gözləyənlərin boyuna qəmiş ölçüm!

- Əsgərliyə getməmək üçün “neqodnı” hərbi bilet alan, daha sonra toyda “zakazı”nı kəsdiyinə görə kimisə bıçaqlayan, 250 manat maaşla 550 manatlıq kredit ödəyən gədələrin 1 qəpik bahalaşmaya (?) görə çevriliş edəcəyinə güvənənlərin də ruhuna salavat verirəm.

Sən cavan bir qızın yanında “hökumət qazı, işığı bahalaşdırdı” deyə bilərsənmi? Əsla! Öz bakirə qadınlığının ən nifrin ehtirasları ilə sənin bütün kişiliyini pressləyib təhqir edəcək. 

Qısaca, izah edim, sonra qayıdaq, etirazçıların 1 qəpiklik etiraz ruhuna!

- İllik işlədilən 1200 -2500 kubmetr qaza görə 20 qəpikdirsə, ondan yuxarı işlədilən qazın hər kubmetrinə görə 25 qəpik olacaq. 2500 kubmetrdən çox qaz işlədən əsasən villası və iri bağ sahibi olanlardır. Nədir, villası, bağ evləri olanların dərdini çəkirsiniz?

- Bina evlərində hökumət tərəfindən istiliklə təmin olunanlar qazın pulunu az verəcəklər. Çünki qazanxanalara verilən qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirildi. Qazanxanaın isə nə olduğunu bilməyənlər elə bilir ki, evdə yemək bişirilən qazandan söhbət gedir.

- Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirildi. Etirazçılar bu 7 qəpiyə görə niyə sevinib hökuməti alqışlamırlar?

- İçinizdə 2500 kubmetrdən çox qaz işlədən neçə nəfər var? Mağazaya düşəndə “çox yazar” deyə şotçiki dibindən bağlayanların bu mərəzi adamı öldürür də!

Qazın və işığın yeni tarifinə etiraz edənlərin səs-küyü bilirsiniz nəyə bənzəyir?

“Bir gün Günəş bütün kainatla, təbiətlə və Yer kürəsi ilə vidalaşır. Deyir ki, mən gedirəm, bir də nə vaxt gələcəyimi bilmirəm. Bu zaman bir balaca şam ortaya atılır və Günəşə deyir: - Sən get, Günəş qardaş, narahat olma, sən gələnə qədər mən əlimdən gələni əsirgəməyəcəm…”. (hind pritçası).

Sağ olun, cənablar! Çalışın, hökuməti tənqid edəndən sonra dostlarınıza da zəng edib qürurlanın! Postlarınızı, şərhlərinizi göndərin ki, onlar da sizin necə etiraz ruhlu olduğunuzu görsünlər…

Samir Feyruzov

Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR