Əhməd İsmayılovdan "Jurnalistlər binası" ilə bağlı AÇIQLAMA
02 iyul, 2021 18:04
“Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”.
Azsiyasət.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, binada hələ görüləcək işlər var: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.