"Yüz minlərlə maliyyə alan bəzi media orqanları özünü doğrulda bilməyib" - Vasif Həsənli

03 iyul, 2021 21:56

Baş redaktor: “Onlayn media subyektlərinə göstərilən maddi dəstək islahatların bir hissəsidir”

Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edib.

Müsabiqəyə 96 veb-sayt müraciət edib, ancaq 39 sayta maliyyə yardımı ayrılıb. Agentliyin seçimi ictimaiyyətdə birmənalı qarşılanmayıb.

“Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müsabiqədə qaliblər sırasında olmaq xoşdur və bundan sonra da onlara bəslənən ümidləri doğrultmağa çalışacaqlar: 

“Hazırda müsabiqə qalibi olan saytların bir çoxu az vaxtda faydalı iş əmsalı ilə seçilib. Düşünürəm ki, rəhbəri olduğum "Demokrat.az" saytı da bu mənada seçilənlər arasındadır və yəqin ki, biz də öz işimizlə qısa zamanda oxucuların sevimli xəbər portalına çevrilə bilmişik. Müsabiqənin yekununda kənarda qalan saytların rəhbərlərindən bir çoxu absurd fikirlər səsləndirir. Onlardan bəziləri illər boyu medianın kökünə balta vurmaqla bu sahəni uçuruma gətiriblər. İndiki halda, uçurumdan çıxmaq üçün media islahatlarına start verilib. Amma medianı bu vəziyyətə gətirənlər yenə də öz çirkin niyyətlərindən əl çəkmirlər. Onlayn media subyektlərinə göstərilən maddi dəstək islahatların bir hissəsidir. Hesab edirəm ki, müsabiqədə qalib gəlməyənlər tələb olunan şərtlərə cavab verməyiblər. Lakin bu da son deyil. Şərtlərə cavab verməklə onlar da gələcəkdə qaliblər sırasında ola bilərlər. İşə yeni başlanıb və belə görünür ki, konsepsiyanın davamı olaraq perspektivdə digər yeniliklərlə tanış olacağıq”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, vaxtilə KİVDF-dən yüz minlərlə maliyyə yardımları alan media orqanlarının bəziləri özlərini nə doğrulda bilib, nə də ortaya səmərəli bir iş qoya biliblər: 

“Qalib olmayan və həmkarlarına irad tutan həmin media rəhbərləri içlərindəki qısqanclığı kənara atsalar, daha yaxşı olar. Hamı onları yaxşı tanıyır. Ötən illər ərzində özünü oliqarx məmur kimi aparan, daha çox kreslo, pul davası edənlər indi cırmaq atmaqla məşğuldurlar. Onlar gündüzlər özlərini guya bitərəf aparan, gecə düşən kimi hakimiyyətə qarşı çıxan məxluqlardır. Həmin məxluqlar o qədər harınlayıblar ki, Prezidentin media siyasətinə qarşı çıxmaqdan belə çəkinmirlər. Bununla da öz sahiblərinə sadiq olduqlarını nümayiş etdirirlər. Artıq gün kimi aydındır ki, bəzi üzdəniraq media rəhbərlərinin vədəsi dolub, onların vaxtına az qalıb. Eybi yox, qoy başlarını son çırpıntıları ilə qatsınlar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR