"Azərbaycanda təhsilin bütün pillələrində nəticələr utancvericidir" - Məktəb psixoloqu

04 iyul, 2021 13:42

"Bu gün hər bir təhsil işçisinin nə qədər acı olsa da, etiraf etməli olduğu bir həqiqət var: ölkə təhsili artıq məktəbdən çıxıb, tədricən köçüb özəl təhsil müəsisələrinə və repetitor evlərinə”.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri məktəb psixoloqu Famil Səfərov deyib. Psixoloq sherg.az-a açıqlamasında vurğulayıb ki, əgər bu əvvəllər yuxarı siniflərdən başlayırdısa, indi təhsilin erkən çağlarından başlayır və artıq kütləvi hala çevrilib: “Bu bərbad, qeyri-peşəkar idarəçiliklə, tamamilə bu xalqın etnopedoqoqikasına, bu günün təhsilalanın psixo-intellektual səviyyəsinə uyğun olmayan Təhsil Proqramı ilə, bu Proqramın tədrisinə əsla hazırlanmayan təhsilverənlər ilə vəziyyət bu hala gəlib. Həmçinin, gərəksiz informasiyalarla doldurulmuş, heç bir pedaqoji-psixoloji psinsiplərə cavab verməyən dərsliklər, dağılmış təlim-tədris infrakstrukturu və laboratoriyalar ilə... və daha nələr ilə sadalayıb ürəyinizi bulandırmaq istəmirəm. Odur ki, təhsilə bu yalnış və uğursuz kompleks yanaşmanın nəticəsi olaraq, bu gün təhsilin bütün pillələrində nəticələr utancvericidir. Pedaqoji heyətin 80 faizindən çoxu kurikulumun tədrisini qəbul olunmuş mövcud təlim standartlarına uyğun apara bilmir. Yuxarı sinif şagirdləri ibtidai sinif proqramı səviyyəsində adi riyazi əməliyyatları edə bilmir. Həmçinin kiçik bir mətndə saysız-hesabsız səhvlər buraxır, hətta bəziləri, ümumiyyətlə, heç yazıb oxumağı bacarmır”.

F.Səfərov əlavə edib ki, nəticə etibarı ilə, gəlin etiraf edək ki, bu gün şagird məktəbə sadəcə qaliçka xatirinə, vaxtını keçirməyə və icbari təhsil haqqında sənəd almağa gəlir: “Görünən odur ki, bu durum həm təhsili bu vəziyyətə salanları, həm qulağı dinc olmaq istəyən valideynləri, həm onsuz da əməyinə layiqincə dəyər verilməyən pedaqoji heyəti və sinifə girib 45 dəqiqəsini birtəhər yola vermək istəyən müəllimi də qane edir. Əlbəttə, hazırda az da olsa, Azərbaycan təhsilində hələ öz peşəsinin vurğunu, fənnini nəyin bahasına olursa olsun, yüksək peşəkərlıqla tədris edən səriştəli müəllimlərimiz kifayət qədərdir. Bu fədakar insanların qarşısında böyükdən kiçiyədək, hamımız baş əyməliyik, onlara səbr, dözüm və can sağlığı arzulayıram”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR