"Bakı Metropoliteni" yağış suyu ilə "mübarizəyə" 2,3 milyon manat xərcləyəcək
05 iyul, 2021 13:01
"Bakı Metropoliteni" QSC istismarda olan müxtəlif növ konteynerlərində yağış suların qarşısının alması üçün hidroizolyasiya işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “BMY Kaspian” MMC-dir. Qalib şirkətə 2,270 min manat ödəniləcək.