"İfadə verərkən özümdə deyildim" - İcra başçısının bacısı oğlu

06 iyul, 2021 09:19

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri olmuş Akif Əliyev də daxil olmaqla, icra hakimiyyətinin və bu qurumun tabeliyindəki qurumların vəzifəli şəxslərindən ibarət 7 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Onlar rüşvət alma, rüşvət verməyə təhrik və başqa vəzifə cinayətlərində suçlanır. Təqsirləndirilən şəxslər sırasında Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu da var.

Cinayət işinin materiallarında iddia olunur ki, Abşeron rayonu ərazisində tikinti-inşaat işlərinə icazə verilməsi, qanunsuz tikililərin sökülməməsi və başqa məqsədlərlə vətəndaşlardan rüşvət alınıb.

Bu cinayət işində həm də rayonun baş memarı olmuş Akif Əliyev dəstənin başçısı kimi təqdim olunub. İddia edilir ki, vətəndaşlardan alınan vəsaitlərin bir hissəsi son nəticədə gəlib ona çatıb. Əliyev isə ittihamı rədd edir, özünü təqsirli bilmir. Deyir ki, ittihamda onunla bağlı yazılanlar yalandır.

Digər təqsirləndirilən şəxslər də məhkəmədə bildiriblər ki, nəzarətlərində olan ərazilərdə qanunsuz tikintilərin sökülməməsindən ötrü vətəndaşlardan pul alınması haqda ittihamda yazılanları qəbul etmirlər.

İcra başçısının bacısı oğlu Babək Zalıyev iyulun 2-də məhkəmədə dindirilərkən deyib ki, ittihamda yazılanların ona aidiyyəti yoxdur.

Onun istintaqdakı ifadəsi məhkəmədə dediklərindən fərqlənir. Zalıyev bu ziddiyyəti belə izah edib: "İstintaq dövründə atam rəhmətə getmişdi, vəziyyətim çox pis idi. Demək olar ki, özümdə deyildim. Belə bir vəziyyətdə ifadə vermişəm. Ona görə də nəyə imza atdığımı xatırlamıram".

Kimsəyə qarşı dələduzluq, heç kimi rüşvət verməyə təhrik etmədiyini deyən Zalıyev Məhəmmədi bələdiyyəsinin sədri ilə əlaqələri haqda da yazılanları da təkzib edib.

Onun sözlərinə görə, icra hakimiyyətində onun üzərinə düşən iş vətəndaş şikayətlərini araşdırmaqdan ibarət olub: "Mənim axı tikintiyə icazə vermək səlahiyyətim olmayıb ki, kimdənsə bu məqsədlə də pul alım...".

2011-2020-ci illərdə xalasının rəhbərlik etdiyi icra hakimiyyətində sosial şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışmış Zalıyev əlavə edib ki, son vaxtlar atasının sağlıq durumuyla əlaqədar işə gedə bilmirdi. Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırladaq ki, 2020-ci ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirib və bir sıra şəxslər həbs olunub.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 311 (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə), 178 (dələduzluq) və digər maddələri ilə ittihamlar irəli sürülüb. Onların ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İstintaq dövründə təqsirləndirilənlərdən ikisi - Zalıyev və Güzdək bələdiyyəsinin sədr müavini olmuş Tural Ağaməmmədov həbsdə olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında onların hər ikisinin barəsində qətimkan tədbiri dəyişib və məhkəmə zalında həbs olunublar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR