General dənizi işğal etdi və çimərliyi şəxsi mülkünə çevirdi... - Ceyhun Həsənova qarşı şok iddialar

06 iyul, 2021 09:35

Söz vaxtını çəkər, deyirlər. Ötən ilin bu vaxtlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov Pirşağı qəsəbəsində, 173 nömrəli marşrut avtobusunun sonuncu dayanacağında, “Delfin” restoranının yaxınlığında yerləşən ictimai çimərliyə gedən yolu bağlayaraq dənizi hasarlaması və faktiki olaraq ictimai çimərliyi özünün şəxsi mülkünə çevirməsi haqda dövrü mətbuatda yerli sakinlərinvə çimərliyə gedən vətəndaşların şikayəti dərc olunmuşdu. Yenicag.az pia.az-a istinadən xəbər verir ki, Şikayətdə qeyd olunurdu ki, çimərliklə yanaşı dənizin tam sahilində özünə qəsr inşa edən Penitensiar Xidmətinin rəisi şalbanlarla dənizin içini belə hasarlayaraq vətəndaşların ictimai çimərliyə girişini bağlamışdı. Qeyd edək ki, həmin vaxt bu məsələ ictimailəşəndən sonra general-leytenantı Ceyhun Həsənov həmin hasarı sökmüş və insanların ictimai çimərliyə girişinə mabe olmamışdı. Lakin bu il yenidən hər şey təkrarlanıb.


Məsələ ilə bağlı Pirşağı sakinlərinin və ayrı-ayrı vətəndaşların şikayətində bildirilir ki, çimərlik mövsümü başlayarkən onlar yenidən keçən ilki problemlə üzləşiblər. Amma bu dəfə problem daha da böyüyb. Çünki general-leytenant bu il daha böyük ərazini hasarlayaraq demək olar ki, ictimai çimərliyi bütünlükdə özününküləşdirib. Məsələ ondadır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, dəniz sahilində, çimərliyin yanında özü üçün tikdirdiyi villanın yaxınlığında qohumları, tanışları üçün də “gün ağlayıb”. Həmin ərazidə Ceyhun Həsənovun yaxın qohumlarına aid olan bir neçə villa da var. Ötən il ictimai qınağın qarşısında tək qalan və hasarı sökməyə məcbur olan hörmətli general bu il fərqli taktikaya əl ataraq qonşuluqda yaşayan dost-tanışın və qohumların yaxınlığındakı dəniz ərazilərini də də hasarlayıb ki, sabah şikayət olunsa, məsuliyyəti başqalarının üstünə ata bilsin. Ya məsuliyyəti tək daşımasın.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi kasıb əhalinin daha çox istifadə etdiyi çimərliyi heç bir rəsmi icazə əldə etmədən hasarlayaraq şəxsi mülkünə çevirib. Yerli sakinlər və vətəndaşlar əlaqədar qurumlara üz tutaraq ümid etdiklərini bildiriblər ki, bir il əvvəl olduğu kimi dövlət və icra qurumları qanundan irəli gələn zəruri reaksiyanı verəcək, generalın qanunsuz inşa etdiyi hasar söküləcə və kasıb əhalinin istirahət hüququ bərpa olunacaq.

Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları xalqı incitməməyi məsləhət bilmiş, əhalinin istifadə etdiyi çimərliklərin qanunsuz zəbt etmiş oliqarx məmurlara da bir neçə dəfə xəbərdarlıq etmişdi. Lakin göründüyü kimi, özünü dövlət başçısının xəbərdarlığını eşitmək və duymaq istəməyəcək qədər böyük və güclü bilən məmurlar da var. Elə olmasaydı, Ceyhun Həsənov ikinci dəfə ictimai çimərliyi hasarlayaraq insanları istirahaət hüququndan məhrum etməzdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Yenicag.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR