"Bu iyrəncliyi bər-bəzəkli formada sırımağa çalışırlar" - LGBT əxlaqsızlığına sərt reaksiya

08 iyul, 2021 09:57

Dünyanı təhdid edən “LGBT xəstəliyi” son günlərdə yenidən baş qaldırıb. Artıq gedən proseslər təhlükəli istiqamətlərə doğru cərəyan etməyə başlayıb. Hazırda Gürcüstanda, Türkiyədə LGBT tərəfdarları ilə qarşıdurmalar yaşanır. Başqa bir sıra ölkələrdə də analoji hallar baş verməkdədir.

Mühafizəkar ölkə kimi tanınan Azərbaycanda da bu proseslər narahatlıqla izlənilməyə bilməz.

Azərbaycan bu təhdidə, yəni LGBT təhlükəsinə qarşı hansı formada “silahlanıb”? Ölkəmizdə də Türkiyə və Gürcüstanda yaşanan qarşıdurmalar baş verə bilərmi?

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirib ki, LGBT dediyiniz anlayış Azərbaycanın bütün milli, mənəvi, dini, əxlaqı, bir sözlə, bütün dəyərlərinə zidd bir xətdir: 

“İndi bu iyrəncliyi, insanlığa xas olmayan xüsusiyyətləri dünyaya bərbəzəkli şəkildə sırımağa çalışırlar. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda az olsa da belə beyni yuyulmuş insanlar var. Gənclər var ki, bu iyrəncliyin təbliğatçısına çevriliblər. Belə hərəkətlər tək dövlətçilik əleyhinə deyil, insanlıq əleyhinə olan prosesdir. Bu hərəkətlərin mütləq qarşısı alınmalıdır. Amma güc yolundan daha çox təbliğat vasitəsilə bu iyrənclikdən, çirkinlikdən gəncliyimizi uzaq tutmalıyıq. 

Bunun da ən effektiv yolu təbii ki, var. Onlara qarşı Azərbaycanda istifadə olunacaq ən böyük silah milli mənəvi dəyərlərimizdir, xalqımızın adət-ənənələridir, ailə düzənidir. Min illərdən süzülüb gələn münasibətlər sistemimiz var. Dəngələr var ki, biz onu daha da gücləndirməli, onları təbliğ etməli, insanlarımızın öz köklərinə dönmələrinə çalışmalıyıq. Biz buna nail olsaq, zatən belə çirkinliklər, murdarlıqlar cəmiyyətdə çox yayıla bilməz. Dünyada formalaşdırılmış bir şəbəkənin düşünülmüş şəkildə planı var. Məqsəd də bizim kimi milli kimliyə malik olan bir çox dövlətlər var ki, milli dəyərlərini onlardan qoparmaqdır. Bununla onları ümumi zombi kütləsinə çevirərək özlərinin diktəsi altında yaşayan cəmiyyət halına gətirmək istəyirlər. 

Amma nə qədər ki, dinimiz, dəyərlərimiz var, bizdə belə çirkinliklərin yayılması, ayaq açıb yeriməsi mümkün deyil. Biz AĞ Partiya olaraq ideoloji baxımdan belə hərəkətlərə qarşıyıq. Bununla bağlı konkret mövqeyimiz var. Biz belə hərəkətlərin cəmiyyətdə təbliğini ziyanlı hesab edirik və buna qarşı da sona qədər mübarizə aparacağıq. Üzücü hal odur ki, bu çirkinliyi təbliğ edənlər göy qurşağının rənglərindən istifadə edirlər. Yəni göy qurşağını insanlığa zidd ideologiyalarının bayrağına çeviriblər. Ən çox təəssüf etdiyim nüanslardan biri də budur. 

Amma nə qədər ki, sağlam düşüncəli mühafizəkar insanlar var, belə çirkinliklər cəmiyyətdə özünə yer tapa bilməyəcək. Azərbaycanda da belə hərəkətlərin perspektivi yoxdur. Allahın izni ilə də heç vaxt olmayacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR