Ramin Əhmədov hansı Generalın adamıdır?

08 iyul, 2021 11:06

Ramin Əhmədov - yerli medianın manşet isimlərindəndir. Vaxtilə çox ağır yaşam şərtləri ilə üz-üzə qalan R.Əhmədovun daha sonralar hansı formada biznesmenə çevrilməsi haqqında detallı məlumatlar dərc olunmasa da, onun ticarət obyektləri haqqında kifayət qədər informasiyalar var və bütün bunlar zaman-zaman mətbuatda dərc olunub. Odur ki, Nizami rayonun “iri kalibrli” iş adamı sayılan R.Əhmədovun hansı obyektlərə sahib olması, şərikləri barədə yazmaq yersiz addım olardı. Bu haqda daha sonra...

Bu yazını yazmaya da bilərdik, açığı, böyük bir xəbər yükü olmayan bu kiçik məqaləni yazmaqda məqsəd ölkənin ən ciddi generallarından birinin adının məqsədli şəkildə müxtəlif qanunsuz əməllərdə hallandırılmasının mənbəyini araşdırmaqdır.

Azsiyaset.com R.Əhmədovun son günlər qazandığı populyarlığı nəzərə alaraq, onun haqqında qısa bir araşdırma aparıb. YAP Nizami rayon təşkilatının sədr müavini vəzifəsini tutan R.Əhmədovun böyük siyasi iddialarının olması heç kəsə sirr deyildir. Özünü jurnalist, idmançı, biznesmen, ədəbiyyatçı, siyasətçi və s. hesab edən R.Əhmədovun biznes imkanlarını müzakirəyə çıxarmaq bizə düşməz.

Ancaq Azsiyaset.com-un araşdırması zamanı maraqlı məlumatlar əldə etdik. R.Əhmədova yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, o, özünü Prezidentin Mühafizə Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun adamı kimi təqdim edir.

Şəksiz, Azərbaycanda iş adamının arxasında böyük bir fiqur durmursa, o iş adamı iflasa məhkumdur. Amma məsələ başqadır.

Həqiqətənmi R.Əhmədov general B.Eyyubovun adamıdır? Onu general qoruyub bu səviyyəyə çatdırıb?

R.Əhmədov Nizami rayonunda ağacları kəsdirir... Ancaq xalq arasına belə bir informasiya dövriyyəyə buraxılır: “Bəylər Eyyubov özünə obyekt tikdirir”.

Nizami rayonun hər bucağında “moyka”lar, çay evləri, paltar dükanları və s. tikilir, bir balaca narazılıq olan kimi R.Əhmədovun adamları dərhal B.Eyyubovun adını dövriyyəyə buraxır.

Cənab Əhmədov, nə baş verir!? Səni həqiqətənmi B.Eyyubov qoruyur? Bu sualın dəqiq cavabı bizə çox maraqlıdır, çünki araşdırıb ortaya qoyacağımız baqa mətləblər var.

Açığı, B.Eyyubovun R.Əhmədova himayəçilik etməsi ilə bağlı elə R.Əhmədovun özünün yaydığı dezinformasiyalara inanmırıq. Sadəcə maraqlı olan başqa məqamlardır. 

P.S. Azsiyaset.com saytının icazəsi olmadan bu məqalənin istənilən saytda dərci qadağandır!

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR