Deputat Əziz Ələkbərli Qərbi azərbaycanlıların arxivini yox edib? - Şok ittihamlar...

08 iyul, 2021 12:14

Milli Məclisin deputatı Əziz Ələkbərli ilə bağlı Azsiyaset.com saytına ilginc məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1988-ci ildə Ermənistandan deportasiya olunan yüz minlərlə azərbaycanlının sənədlərinin toplandığı Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının arxivi deputat Ə.Ələkbərli tərəfindən yox edilib.

Ofisi Ayna Sultanovada yerləşən Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi azərbaycanlılar tərəfindən təsis edilib. Hazırda bu təşkilatın sədri deputat Ə.Ələkbərlidir. Ondan əvvəl təşkilata qaynatası Abbas Səfərov rəhbərlik edib. Təşkilata rəhbərliyin sırf qohumluq prinsipləri əsasında və gizli şəkildə həyata keçirildiyi bildirilir. 

O da qeyd olunur ki, əvvəllər təşkilatın ofisi 200-250 kvadratmetr olub, daha sonralar isə ofisin bir hissəsi satılıb.

Qeyd edək ki, Azsiayset.com-a müraciət edən bir qrup vətəndaş iddia edir ki, onlar Ə.Ələkbərlidən arxivin hansı səbəbdən yox edilməsini soruşublar. Ancaq bu suala da cavab ala bilməyiblər.

İddia edirlər ki, Qərbi azərbaycanlılarının sənədlərinin toplandığı arxiv Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə məhv edilib və bu işin də icraçısı Ə.Ələkbərlidir.

Mövzunu diqqətdə saxlayacağıq...

Qeyd edək ki, Ermənistandan deportasiya edilən soydaşlarımızın sənədlərinin toplandığı arxiv böyük tarixi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı Ə.Ələkbərlinin mövqeyini dərc etməyə hazırıq. 

Azsiyaset.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR