Lənkəran meşələrini qəpik-quruşa "Beta" şirkətinə verdilər, ağaclar kütləvi qırıldı - FOTOLAR

08 iyul, 2021 14:32

Lənkəranın Haftoni kəndinin ərazisində meşə sahəsinin çay plantasiyası salmaq üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi və orada ağacların kütləvi qırılması ekoloqların etirazına səbəb olub. Bu günlərdə bir qrup ekofəal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

“Ecofront” təşkilatının rəhbəri Cavid Qara bu haqda virtualaz.org-a bildirib.

Onun sözlərinə görə, etirazçılar nazir Muxtar Babayevlə və ya digər vəzifəli şəxslərlə görüş tələb etsələr də pandemiyanı bəhanə edərək fəalları nazirliyə buraxmayıblar.

"Ecofront" təşkilatının rəhbəri Cavid Qara

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Haftoni kəndinin yaxınlığında yerləşən meşə fondu torpaqlarının 45 hektarını “Beta” şirkətinə uzunmüddətli icarəyə verib. Şirkət isə bu ərazidə ağacları kütləvi şəkildə qırıb və çay plantasiyası salmağa başlayıb. Bu məsələ sosial şəbəkələrdə və KİV-lərdə etiraza səbəb olub. Nazirlik isə iddia edib ki, icarəyə verilən ərazidə ağaclar yox, hansısa kol-koslar təmizlənir. “Ağacların kəsilməsindən söhbət gedə bilməz. Bu rayonda sahə kol-kosdan və qurumuş ağaclardan təmizlənir”,-nazirliyin nümayəndəsi Namiq Xıdırov belə demişdi. (Hərçənd iri ağacların kəsildiyini əks etdirən fotolar var).

Ekofəallar isə Haftoni meşələrində  ağacların qırılmasına son qoyulanadək etirazları davam etdirmək niyyətindədirlər.

“Bundan əvvəl də nazirliyə məlumat vermişdik, lakin hələ də nazirliyin vəzifəli şəxsləri tərəfindən yerində araşdırma aparılmayıb. Belə görünür ki, nazirlik aranı sakitləşdirmək istəyir, buna görə də meşə ərazisində işlər müvəqqəti dayandırılıb. Halbuki ortada qanun pozuntuları var, ağacları kəsməklə təbiətə küllü miqdarda ziyan vurublar. “Beta” şirkəti ilə icarə müqaviləsinə xitam verilməlidir, amma nazirlik bu məsələyə ümumiyyətlə, münasibət bildirmir. Sadəcə olaraq, meşənin qırılmasına necə haqq qazandıracaqlarını fikirləşirlər. İşlər müvəqqəti dayandırılsa da, gələcəkdə ağacların qırılmayacağına təminat verilmir”,-C.Qara bildirib. 

Ekofəal deyir ki, söhbət yüzlərlə ağacın, üstəlik Qırmızı Kitaba salınmış qiymətli ağacların  məhv edilməsindən gedir.  C.Qara onu da deyib ki, Baş Prokurorluğa müraciət edəcəklər, çünki təbiətə milyonlarla manat zərər dəyib.

Haftoni meşələrində Qırmızı Kitaba salınmış dəmirağaclarını da məhv ediblər...

“Lənkəranda meşə ərazisinin məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılmışdı. Biz həmin məlumatı dərhal yerində araşdırdıq. Amma nazirlik əvvəlcə təkzib etdi, dedilər ki, bir ağacın belə qırılmasından söhbət gedə bilməz. Sonra işlərin dayandırıldığını açıqladılar. Guya ki, ağır texnikanın ehtiyatsızlığı ucbatından 3-4 ağac qırılıb. Amma Qırmızı Kitaba düşən Dəmirağaclar da qırılıb.  Nazirlik konkret olaraq meşə ərazisini satıb. Yəni 49 illik icarə artıq ərazinin faktiki olaraq satılması deməkdir”,-təşkilat rəhbəri bildirib.

C.Qara iddia edir ki, Lənkəranda 1 hektar torpaq yerləşdiyi ərazidən asılı olaraq  5-15 min manat arasında satılır. Söhbət əlbətdə ki, qeyri-rəsmi ödənişin məbləğindən gedir. Rəsmi olaraq isə meşə sahələri qəpik-quruşa uzunmüddətli icarəyə verilir. Cavid Qara deyir ki, onlar daha əvvəl Şəkidə və digər rayonlarda kənd təsərrüfatı məqsədi ilə uzunmüddətli icarəyə verilən meşə torpaqlarına dair icarə müqavilələrinin surətini əldə ediblər. Həmin müqavilələrdə göstərilir ki, torpağın hər hektarı cəmi 25 manata icarəyə verilib. Bu baxımdan Haftoni meşələrinin də təxminən bu qiymətə icarəyə verildiyini ehtimal etmək olar. Yəni indiki halda dövlət bu icarə müqaviləsindən cəmi 1250 manat qazana bilərdi.

Cavid Qara əlavə edib ki, meşə fondu torpaqlarının ictimaiyyətə açıq xəritəsi yoxdur. Görünür kimlərsə böyük pullar qazandığından ictimai narazılığa baxmayaraq  “Beta” şirkəti ilə müqaviləni ləğv edə bilmirlər. Çünki  belə olsa pulları qaytarmaq lazımdır: “Qusarın Qalacıq meşəsinin aqibəti də belədir.  130 hektara yaxın sıx meşə, 170 hektara yaxın kolluq olmaqla cəmi 300 hektar təbiət ərazisi qoz bağı salmaq üçün son 2 ildə məhv edildi”.

“Ecofront” təşkilatı hazırda Lənkəranda məhv edilmiş meşə ərazilərinin hüdudlarını müəyyən etmək üçün peyk fotoları ilə işləyir. Cavid Qara vəd edib ki, həmin fotoları tezliklə redaksiyamıza təqdim edəcək.

 

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI