Narkotik üçün maşın oğurlayan şəxs İcra Hakimiyyətinin tenderində qalib oldu

08 iyul, 2021 16:46

Füzuli Rayon İcra Hakimiyyətinin mal-materialların satın alınması üzrə müsabiqəyə yekun vurulub. 

Azsiyaset.com qaynarinfo.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Mantı LM Group” MMC-dir. İcra Hakimiyyəti ilə MMC arasında satınalma müqaviləsi imzalanacağı təqdirdə qurum şirkətə 130.777 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev. 10/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Açıq mənbələrdə “Mantı LM Group” MMC haqqında hər hansı məlumat yoxdur. İrşad Rzaquliyevə gəlincə, o, ötən il avtomobil oğurluğuna görə həbs edilib. Həmin vaxt yayılan məlumatda deyilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.

Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O, avtomobili ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Saxlanılan şəxsin üzərindən narkotik maddə sayılan "kakos" aşkar edilib. Məlum olub ki, İrşad Rzaquliyev əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.

Saxlanılan şəxs avtomobili oğurlamayacağını, sadəcə maqnitafonunu satıb özü üçün narkotik vasitə alacağını bildirib. Maqnitafonu Sabunçu bazarında satan şəxs narkotik vasitə də əldə edib. Əməliyyat zamanı həmin narkotik vasitə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Bundan başqa, məlum olur ki, İrşad Rzaquliyevin adına daha 4 şirkət var: “Lalende FM Group” MMC, “Semra SNG” MMC, “Madagar RF” MMC və “NGN Group” MMC-dir. Adıçəkilən şirkətlərin hamısı 27 yanvar 2021-ci il tarixdə qeydiyyata alınıb.

İrşad Rzaquliyevin adının cinayət xarakterli əməllərdə hallanması, eyni gündə adına 5 şirkətin qeydiyyatdan keçirilməsi onun “proxy” şəxs olması ehtimalını artırır. Digər tərəfdən, “Mantı LM Group” MMC cəmi 6 aydır fəaliyyət göstərir. Bu baxımdan, şirkətin maddi-texniki bazasının, maliyyə imkanlarının lazımi səviyyədə olması şübhə doğurur.

Füzuli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmşid Əmirov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar həmin şirkəti qalib elan etməyib: “Biz tenderlə bağlı sənədləri Satınalmalar üzrə Dövlət Agentliyinə veririk. Onlar elektron formada tenderi elan edirlər. Qeyd olunan “Mantı LM Group” MMC tenderi udan 7 qalib şirkətdən biridir. Seçimi biz etməmişik, elektron qaydada təşkil olunub. Amma biz hələ onlarla tanış olmamışıq, həmin şəxs barədə də heç nə bilmirik. Əgər həmin şirkətin vergidən yayındığı sübut olunsa, hansısa cinayət işi olsa, borcu olsa o şirkət qalib elan edilməyəcək. Agentliyin onları qalib elan edib-etməyəcəyi hələ bilinmir. Biz hələ müqavilə imzalamamışıq. Əgər bizim şərtlərimizə uyğun gələrsə, o zaman müqavilə bağlayacağıq”.

 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI