Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi
09 iyul, 2021 12:08
Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.
Azsiyaset.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəisi polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.