Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsinin bahalı avtomobili ortaya çıxdı - FOTO
09 iyul, 2021 14:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun şəxsi maşınının sosial şəbəkələrdə fotosu paylaşılıb.
Bildirilir ki, N.Xıdırov "Land Cruiser" markalı, 10 AA 889 dövlət qeydiyyat nişanlı və qiyməti təqribən 90 min dollar olan maşını yeni alıb.
Azsiyaset.com xəbər verir ki, N.Xıdırov üçün ayrılmış "Hundai Sonata" markalı xidməti maşın var. Amma o, bu maşından istifadə etmir.