Generalın qardaşı özünü niyə güllələyib? - SƏBƏB...
09 iyul, 2021 14:51
Xəbər verdiyimiz kimi, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.
Azsiyaset.com unikal.org-a istinadla xəbər verir ki, 51 yaşında intihar edən Rahib Mirzəyev ağır xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Ağrılara dözə bilmədiyi üçün özünə qəsd edib. Onun 2 övladı var.