"Azəriqaz"ın direktor müavini Cahid Hüseynovun qohumları ilə bağlı ŞOK İDDİA - VİDEO

09 iyul, 2021 17:01

“Mən xalqımızdan, prezidentimdən və Mehriban xanım Əliyevadan, aidiyyəti orqanlardan kömək istəyirəm. Çünki həyati təhlükəm var. Bir müddət özümü qorxudurdular, şantaj edirdilər, ölümlə hədələyirdilər. Artıq övladıma keçiblər, məni oğlümla şantaj edirlər”.

Bu fikirləri ölkədə böyük bir dələduzluq seti yaradan şəxslər barədə məlumat verən vətəndaş Gülşən Əziz qızı Salmanova bildirib. Redaksiyamıza bu fırıldaqçı şəbəkənin əsas üzvləri haqqında danışan G.Salmanova təxminən 60 min manata yaxın pulunun mənimsənilməsində Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun, kürəkəni Bayram Mətləb oğlu Aslanovun və oğlu İgidalı Hüseynovun (Baba ləqəbli) adlarını çəkib. G.Salmanova məsələ ilə bağlı bunları bildirib:

“Mən 2017-ci ildə Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi Məmməd İgidalı oğlu Hüseynovun kürəkəni Bayram Aslanovla tanış olmuşam. O, ilk öncə mənə evli olduğunu bildirsə də, boşanacağını da demişdi. Biz bir neçə il yaxın münasibətdə olmuşuq. Və elə bu illər ərzində də Bayram fırıldaqçılıq yolu ilə mənim 60 min manata yaxın pulumu mənimsəyib. Belə ki, tanış olduğumuz ilk dövrlərdə o, mənə yeni maşın almaq adıyla Nissan Sunny-mi 9 min manat nağd pula satdırdı. Əvəzində isə kredit yolu ilə Hyundai Elantra götürdü. Həmin maşının sənədlərini isə mənə hazır şəkildə gətirib göstərdi və dedi ki, kreditini də özü ödəyəcək. İki aydan sonra isə məlum oldu ki, sən demə, bu maşın kirayəyə götürülübmüş.

Məmməd, Hüseynov, Şirvan Şəhər Meliorasiya-Mexaniki Təmir İstehsalat Birliyinin rəisi

Ümumiyyətlə, Bayram “Okean” avto salonunun xətti ilə, konkret olaraq orada çalışan Əlişir adlı adamın əli ilə məni bir neçə dəfə bilə-bilə “maşın oyunlarına” salıb. Və Bayram oradan mənə Kia Sportage maşını da götürmüşdü ki, sonradan o maşın da itib-batırıldı. Amma aylarla mənə “Okean”dan kreditlə bağlı zənglər gəldi. Həmin vaxt Bayram artıq növbəti dəfə həbs edilmişdi”.

Bayram Aslanovun bir neçə dəfə həbsdə olduğunu deyən  G.Salmanova onu da bildirir ki, son dəfə o, 2019-cu ildə soyğunçuluq üstündə cinayət məsuliyyətinə cəlb olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilsə də, qayınatası Məmməd Hüseynovun köməkliyi ilə 1 il 8 aydan sonra şərti azadlığa buraxılıb. M.Hüseynovun kürəkəni B.Aslanovu hərtərəfli himayə etməsinin səbəbini isə şikayətçi belə izah edir:

“Bayram qayınatası Məmmədin bütün saxta işlərini gördüyü üçün o da onun əməllərini ört-basdır edir. Elə mənim Xırdalanda yeni inşa edilən çoxmərtəbəli binadakı 72 kv.m-lik ikiotaqlı mənzilimin satılaraq pulunun mənimsənilməsində də qayınata-kürəkən əlbir olublar. Belə ki, Bayramla bir yerdə yaşadığımız müddətdə mənə dedi ki, qayınatası Məmmədin zavodu var və dəmir alqı-satqısı işləri ilə məşğul olurlar. Mənə təklif etdi ki, evimi satıb həmin işə qoyaq. Mən öncə buna razı olmasam da, Bayram dilə tutdu ki, işi düzüb-qoşan kimi mənə yol qırağında gözəllik salonu açmaq üçün əlverişli bir yerdə mənzil alacaq. Mən Bayramın təklifinə razı oldum və evim tez bir zamanda satıldı. Bu işə həm də ona görə razılıq verdim ki, Bayramın qayınatası Məmməd dövlət işində çalışır və güman etmirdim ki, bir məmur kimi o, fırıldaq işlərlə məşğul ola bilər. Amma mən yanıldım…”.

Bayram Aslanov 

Şikayətçi xüsusi olaraq vurğulayır ki, kürəkəni Bayram tərəfindən mənimsənilən pulunun geri qaytarılması üçün illərdir M.Hüseynova müraciət etsə də, hələ də onun yağlı dilləri ilə yola verilir: “Məmməd özü mənimlə borc məsələsinə görə bir neçə dəfə görüşsə də, işi həll etmək əvəzinə, mənə qarşı hətta əxlaqsız hərəkətlər və təkliflər də edib. Onu da deyim ki, mənim bu insanların fırıldaqçılıqlarının qurbanına çevrilməyimdə Məmmədin oğlu İgidalının da rolu var. Belə ki, İgidalı da dəfələrlə məni bir çox məsələlərdə nələrəsə inandırmağa çalışıb”.

Evi olmadığı üçün hazırda övladı ilə pis bir şəraitdə yaşayan Gülşən Salmanova onu da əlavə edir ki, uzun illərdir təkidlə pulunu tələb etməsinə görə Bayram tərəfindən təhdid edilir, övladı ilə qorxudulur.

G.Salmanova məsələ ilə bağlı “Azəriqaz”ın direktor müavini Cahid Hüseynova da müraciət etdiyini, lakin ondan heç bir dəstək ala bilmədiyini də deyir. Qeyd edək ki, Cahid Hüseynov problemdə adı hallanan Məmməd Hüseynovun bacısı oğlu və kürəkənidir.

Bayram Aslanov və Gülşən Salmanova

Konkret.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"