"Belə çıxır ki, biz Xankəndinə nəzarət edə bilməyəcəyik?!"  - İlham İsmayıl

11 iyul, 2021 10:19

Yeni Laçın dəhlizinin tikintisi barədə mətbuatda gedən xəbəri oxumaq, yolun tikintisindən çəkilən şəkilləri görmək heç xoş olmadı. Niyə 3 il xərc çəkib erməniyə dəhliz düzəltməliyik? O xərci Xocalının, Malıbəylinin, Kərkicahanın, Kosaların və başqa bizi gözləyən yaşayış məntəqələrimizin bərpası və qaçqınlarımızın köçürülməsi üçün niyə istifadə etmirik? 

Deyilənə görə bu dəhlizin çəkilməsi üçtərəfli razılaşmaya salınmasaymış, “Dağlıq  Qarabağ və Ermənistanı birləşdirən bu dəhliz həmişəlik olaraq Laçının içindən keçməliymiş”. Niyə həmişəlik? Niyə biz erməniyə sərbəst, təhlükəsiz hərəkət etmək üçün dəhliz veririk, amma ermənilər bizim Tərtərdən Kəlbəcərə, Ağdamdan Şuşaya getməyimizi qadağan edirlər? 

Bu “həmişəlik” sözündən belə çıxır ki, nə erməni Qarabağdan çıxası deyil, nə də biz Xankəndinə nəzarət edə bilməyəcəyik?! Yəqin elə bu səbəbdən Araik Arutunyan da, Nikol Paşinyan da son görüşlərində Qarabağın perspektiv statusundan ağız dolusu danışıblar. Yoxsa Moskvadan gələn Paşinyan iki daşın arasında hökuməti qurmazdan əvvəl Arutunyanı niyə belə tez qəbul etsin? 

Moskvadan güc alan Paşinyan indi də Arutunyanı Kremlə yola salır. Bu görüşdən, həm də yeni “erməni dəhlizi”nin (adını ayrı necə deyək?) tikintisindən sonra suallar xeyli artıb. Üç il ərzində biz Xankəndi və ətrafına nəzarətimizi bərpa etmək istiqamətində gərək heç nə etməyək ki, ermənilər bizim çəkdiyimiz təzə dəhlizdən rahat istifadə etsinlər. Biz orda olmayacağıqsa dəhliz də, düşmənin və havadarlarının statusla bağlı planları da tədricən reallaşmağa doğru gedəcək. 

Bütün bunlara qarşı bizim bir planımız varmı? Hamı deyir ki, var, səbr elə. Plan varsa niyə təzə dəhliz açmalıyıq? Moskva görüşündən sonra Nikol Paşinyanın Araik Arutunyanla açıq şəkildə “Artsaxın müstəqilliyini” müzakirə etməsi təsadüfidirmi? Üstəlik Minsk Qrupunun da onları dəstəklədiyini bir daha vurğulayıblar. Status məsələsindən indiyədək ehtiyatla danışan erməni liderlər Şimaldan əsən fırtınanın təsiri ilə eyforiyaya qapılmasınlar? Arutunyanın da Moskvaya növbəti(?!) səfəri göstərir ki, Kreml quyu qazmaqla məşğuldur, amma quyuya kimin düşəcəyi hələ məlum deyil. Quyunu bizim üçün hazırlasalar da, siyasi qətiyyətin və qardaş Türkiyənin köməyi ilə quyuya Ermənistan, Qarabağdakı separatçı rejim, ya da quyu qazanın özü düşə bilər. Amma, əsas odur ki, quyu qazılır...

Araik Arutunyanın “təhlükəsizliyin erməni silahlı birləşmələri və Rusiya sülhməramlıları tərəfindən qorunmasını” qeyd etməsi isə reallıqdır. Biz o ərazilərə nə hərbi, nə siyasi yolla müdaxilə edə bilmirik. Hələ ki... Yaxın perspektivdə 8 ay davam edən siyasət dəyişməzsə, Qarabağ problemi yenidən beynəlxalq güclərin təsiri altına düşə bilər və o zaman nəticələrin bizim maraqlara uyğun olacağı da şübhəli ola bilər. İndiki situasiyada 10 noyabr bəyanatının vacib müddəalarının reallaşması istiqamətində fəal diplomatik gedişlərə ehtiyac var. Erməni silahlı birləşmələri çıxarılmalı, keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının yurdlarına qaytarılması prosesinə start verilməli, Qarabağ daxili yolların maneələri qaldırılıb təhlükəsizliyi təmin olunmalıdır. 

İlham İsmayıl

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR