Deputat ölkəni daha bir 44 günlük savaşa səslədi - Ermənidən də qorxulu düşmənə qarşı...

11 iyul, 2021 13:49

Millət vəkili Vahid Əhmədov moderator.az-a açıqlamasında ölkə gündəmini zəbt etmiş bir məsələ ətrafında narahatlığını dilə gətirməklə yanaşı hamını ümummilli səfərbərliyə səsləyib:

"Son günlər intensivləşən narkotika xəbərləri və problemin miqyasının nəzərəçarpacaq dərəcədə genişlənməsi barədə Daxili İşlər Nazirliyinin ardarda ictimaiyyətə səslənməsi məsələnin ciddiliyi və hətta deyərdim ki vahiməliliyini ortaya qoyur. Təbii ki, narkoticarət dünənin bəlası deyil və bəşəriyyət son 100 ildə bu bəladan az çəkməyib. Narkotik vasitələr milyonlarla ocağı söndürüb və onun qurbanlarının sayı ölçüyəgəlməzdir. Amma Azərbaycan tarixən bu bəlaya qarşı dirəniş göstərməsiylə və istər narkomanlarının sayı, istərsə də narkoticarətin miqyası və trafikinə görə hər zaman nümunə olub və biz bununla qürur duymuşuq. Amma görsənən odur ki, vəziyyət sürətlə pisləşməyə doğru dəyişməkdədir və ona görə də elliklə bu bəlaya qarşı mübarizə aparılmasının zəruruliyi ortadadır. Gəlin razılaşaq ki, narkotiklə hüquq mühafizə orqanları təkbaşına mübarizə apara bilməz və bu bəlanın dəf edilməsi üçün yeddidən yetmişə bütün ölkə səfərbər olunmasa düşünürəm ki, vəziyyət hər ötən gün daha da pisləşəcək. Çünki artıq görünən mənzərə budur ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir və bu bəlanın ticarəti elə şəbəkələnib ki, onu dağıtmaq üçün föqəladə mübarizə metodları tətbiq edilməlidir.

Eyni zamanda mən burada Azərbaycan dövlətinin 44 günlük savaşdakı parlaq qələbəsini həzm edə bilməyən xarici qüvvələrin qonşu ölkələrin üzərindən Azərbaycana qarşı narkotika müharibəsi elan etməsi tendensiyasını da müşahidə edirəm. Heç kimə sirr deyil ki, Azərbaycana əsasən İran və Əfqanıstan üzərindən külli miqdarda narkotik vasitə daxil olur və son vaxtlar Əfqanıstanda vəziyyətin tamamilə nəzarətdən çıxması, Talibanın hakimiyyəti ələ keçirməsi, İrana qarşı çeşidli sanksiyalar fonunda narkoticarətin sıçrayışı qarşıda bizə heç də xoş olmayan sürprizlər vəd edir. Ona görə də hesab edirəm ki, ümumiyyətlə ətrafımızdakı narkodəhlizlərin tamamilə bloklanması və Azərbaycana narkotik vasitə axının tamamilə dayandırılması üçün qeyri rəsmi də olsa fövqəladə vəziyyət elan olunmalı və hamılıqla bu bəlaya qarşı savaşa qoşulmalıyıq. Biz millət və dövlət olaraq hər cür bəlanın öhdəsindən gəlməyi bacardığımızı 44 günlük Vətən Müharibəsi ilə isbatladıq. İndi növbəti 44 günlük savaş ermənidən min qat təhlükəli narkobəlaya qarşı birlk olma zamanı. Mən bütün millətimizi mübarizəyə sələyirəm!"

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR