""Lotu Quli" buna qadağa qoydu, ona görə Qobustanda qiyam başladı" - Arif Hacılı yazır...

12 iyul, 2021 00:08

Ramana həbsxanasında olduğum zaman orada cəza çəkən 700 dustağın təqribən yarısı narkotiklə bağlı həbs olunanlar idi. Orada hər kəs bilirdi ki, narkotik alveri hökumətin bəzi nümayəndələrinin himayəsi altındadır. Konkret adlar çəkilirdi.

Azsiyaset.com xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk profilində yazıb.

“Həmin həbsxanada isə narkotik istifadəsi, satışı yox dərəcəsindəydi. Rəis icazə vermirdi. 14-cü Qızıldaş həbsxanasında da ən ağır rejim tədbiq olunsa da, narkotik geniş yayılmamışdı. Orada da "qırmızı zon" olduğu üçün icazə vermirdilər. Həmin vaxt Nadir Səlifov (Lotu Quli) Qobustan qapalı həbsxanasından "praqon" göndərib narkotik dövriyyəsinə qadağa qoymuş, narkomanları "seryozdan kənar" elan etmişdi. Bu da ona çox baha başa gəldi. Onun ciddi rejimli həbsxanaya köçürülməsini, bu zaman həbsxanalarda baş verən qiyamları xatırlayırsızmı? Qanuni oğru narkotikə qadağa qoymaqla bu biznesdən milyonlar qazanan admnistrasiyanın maraqlarına toxunmuşdu.

Yəni hakimiyyətdə olanların himayəsi olmadan narkotik alverinin indiki səviyyədə vüsət alması mümkün deyil. Son zamanlar narkomaniyaya qarşı genişlənən hərəkatın çox böyük əhəmiyyəti var. Müsavat Partiyası olaraq bu prosesə ciddi dəstək vermək niyyətindəyik. Ancaq yalnız ictimai qınaq, ictimai mübarizə bu dəhşətli bəlanın qarşısının alınması üçün yetərli deyil.

Hakimiyyətdə olanların himayəsi olmadan narkotik dövriyyəsi və istifadəsinin vüsət alması mümkün olmadığı kimi, hakimiyyətin konkret proqramı, DİN, DTX, DSX və digər dövlət qurumlarının ardıcıl fəaliyyəti olmadan indi artıq ümumilli problemə çevrilən narkomaniyanın qarşısının alınması da mümkün deyil. Narkomaniyaya qarşı mübarizə məsələsi dövlət səviyyəsində müzakirəyə çıxarılmalı, bu barədə müvafiq dövlət proqramı hazırlanaraq həyata keçirilməlidir”, - o bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR