Qarabağda müharibə gedən günlərdə nazirlik Haftoni meşələrini "satırmış"

13 iyul, 2021 18:36

Lənkəranın Haftoni kəndi ərazisində qiymətli ağac növlərinin də olduğu meşə ərazisinin çay plantasiyasının salınması üçün “Beta” şirkətinə uzunmüddətli icarəyə verilməsi, şirkətin həmin ərazidə ağacları kütləvi şəkildə qırması ətrafında qalmaqal davam edir.

Virtualaz.org saytının redaksiyası nəhayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Beta” şirkəti arasında bağlanmış, Haftoni meşəsinin 42 hektarlıq ərazisinin uzunmüddətli icarəyə verilməsini nəzərdə tutan müqavilənin surətini əldə edib.

Bu sənədi redaksiyamıza “Ecocenter” adlı ətraf mühit təşkilatının rəhbəri Cavid Qara təqdim edib. Cavid Qara Haftoni meşələrinin qırılmasına dair fotoların yayılmasından sonra ETSN qarşısında ekofəallarla birlikdə etiraz aksiyası da keçirmişdi.

Beləliklə, həmin müqaviləyə əsasən 42 hektarlıq meşə zonası “Beta” şirkətinə 15 illiyinə icarə verilib. Üstəlik bütün ərazi üzrə icarə haqqının ümumi məbləği cəmi 1092 manat təşkil edir! Yəni hər hektara görə 26 manat. Müqaviləyə əsasən həmin pullar “dövlət büdcəsinə köçürülməlidir”. Yəni nazirlikdə oturan məmurların sayəsində Azərbaycan  dəmirağacı kimi qiymətli ağac növlərinin də olduğu 42 hektar meşə sahəsindən məhrum olur, əvəzində ayda dövlət büdcəsi 91 manat qazanır.

◀▶

Lakin ən ilginc olanı müqavilənin imzalandığı tarixdir. Sənəd 2020-ci il oktyabrın 27-də, yəni Qarabağ uğrunda şiddətli müharibənin getdiyi günlərdə imzalanıb. Azərbaycan əsgərləri əldə silah cəbhədə döyüşüb torpaqları öz qanları ilə azad etdiyi günlərdə bəzi məmurlar Haftoni meşələri ilə alver edirdi. Üstəlik meşə fondu torpaqlarını qəpik-quruşa özəl şirkətə verirdi. Təbii ki, bu sövdələşmədən dövlət qəpik-quruş qazansa da işdə marağı olanların qazancı sanballı məbləğlərlə hesablana bilər.

Xatırladaq ki, əvvəlcə ETSN Haftoni meşələrində ağacların qırılması faktını ümumiyyətlə inkar edirdi. Lakin daha sonra təkzibedilməz faktlar, fotolar internetdə yayılandan sonra “bəzi ağacların qanunsuz kəsilməsi” təsdiqləndi. Nazirlik “Beta” şirkətini cərimələdiyini açıqladı. Bu cərimənin məbləği isə təbiətə vurulan ziyanla müqayisədə çox cüzidir. Nazirlik açıqladı ki, şirkətə kəsilən ağacların yerinə yenisini əkmək tapşırılıb. Yəni meşə sahəsinin qanunsuz icarəyə verilməsi faktı aradan qaldırılmır və ictimaiyyəti sakitləşdirmək üçün formal cəza tədbirləri görülür.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR