Nizami Rəmziylə məhşurlaşmış xanım sənətçi indi dilənçilik edir - FOTO/VİDEO

14 iyul, 2021 14:20

"Nizami Rəmziyə görə qohumlarım məni sildi”

Bəzən bir mahnı, bəzən kiçik epizodla insanların yaddaşına həkk olunan sənətçilər var. Ancaq zaman içərisində adlarını belə unutduğumuz bu sənətçilərin bir çoxu təəssüflər olsun ki, şöhrətin qəddar üzü ilə qarşılaşmaq məcburiyyətində qalıblar. Nə həyatdakı, nə də sənətdəki yerlərini qoruyub saxlaya bilməyən bu məşhurların, kimisi küçələrdə, kimisi qocalar evində, kimisi öz damlarının altında tək-tənha dünyasını dəyişir.

Samirə Vahabovanı indiki yox, ötən nəslin nümayəndələri yaxşı xatırlayır. Unudulmaz meyxana ustası Nizami Rəmzi ilə ifa etdiyi “Canan” dueti ilə qısa zamanda məşhurlaşan Samirə Vahabova 20 ilə yaxın məşhurluğun zirvəsində olsa da, indi quru çörəyə möhtac qalıb. Serebral ifliclə dünyaya gəlmiş 43 yaşlı qızı ilə həyatda qalmaq uğurunda mübarizə aparır.

“Şikəst uşaq dünyaya gətirdiyim üçün həyat yoldaşım məni atdı”

- Necəsiniz, Samirə xanım?

- Qızım, uzun illərdir heç kim mənə xanım demir. Ona görə bir az yadırğamışam. Sən Allah bağışla. Sənə də əziyyət verdim bu istinin günü.

- Samirə xanım, bəlkə, evinizə gedək? Burda istidə ayaqüstdə sizə əziyyət olacaq...

- Ay qızım, evə apara bilmərəm səni. İncimə. Ucuzdu deyə ev sahibi ilə bir evdə qalıram. O da evə kiminsə gəlib-getməyinə razı olmur. Öz qonaqları gələndə də bizi zirzəmiyə düşürür. Elə burda söhbət edək. Heç nə olmaz. Öyrənmişəm mən onsuz da.

- Necə oldu ki, zirvələrdən bu yerə endiniz?

- Ağılsızlığımın ucbatından (ağlayır). O vaxtları xatırlayıb hər gün ağlayıram. Nə böyük xəyallarım, arzularım var idi. Hamısı puç oldu. Amma mənim bəxtim elə doğulandan kəm idi. Ata-ana nəvazişindən, sevgisindən uzaq böyüdüm. İkisi də şikəst idi deyə internatda böyümüşəm. Allah bir balaca istedad vermişdi. Uşaqlıqdan musiqiyə həvəsim vardı. O vaxt uşaq xoruna yazdırmışdılar məni.

- Nizami Rəmzi ilə duetiniz sizə xeyli məşhurluq gətirmişdi o vaxt. Necə xatırlayırsınız o günləri?

- Ağlayaraq xatırlayıram. Bilirsən necə məşhur olmuşdum? “Canan, mənəm canan”. İndi də hambal, mənəm hambal (ağlayır). O vaxt filarmoniyada konsertlər verirdik. İynə atsan yerə düşməzdi. Bilet üstündə qırğın idi. İndi elə konsert edən var? Nizami ilə 1976- cı ildə rəhmətlik skripka çalan Natiq tanış etdi məni. Onunla tanış olana qədər Bakıda qadın toylarında oxuyurdum. Yaxşı da pul qazanırdım. Bilirsən nə qədər adamın toyunu oxumuşam?

- O vaxtlar qadının meyxana məcilisində oxumasına münasibət yaxşı deyildi. Necə qarşılamışdı ailəniz bu dueti?

- Pis. Qohumlarım məni Nizami Rəmzi ilə duet oxuduğum üçün silib atdılar. Deyirdilər sənin yiyən yoxdu ki, kişilərin içində oxuyursan.

- Həyat yoldaşınız da?

- Həyat yoldaşım yox idi onda. Qüsurlu uşaq dünyaya gətirdiyim üçün məni atdı, uşaqdan da imtina etdi. Tək başıma böyütdüm balamı. Ürəyim gəlmədi onu tərk etməyə. Hamı üz döndərdi məndən, hamı. Nizami Rəmzinin bacısı, ailəsi məni çox istəyirdi. Ailəvi dostluğumuz var idi. İndi heç bilmirəm onlar hardadı. Həyat məni elə günə saldı ki, özümü də unutmuşam.

- İlk dəfə qadınla duet ifa edən meyxanaçı olub Nizami Rəmzi. O vaxt duet oxuyan cütlüklərin adına şaiyə yayılırdı ki, sevgilidilər. Sizin münasibətləriniz hansı həddə olub?

- Ay qızım, bizim aramızda, səmimi deyirəm, heç bir sevgi, eşq münasibəti olmayıb. Düzdür, şaiyələr olurdu, amma Nizami qeyrətli adam idi. Yaraşıqlı olmağına yaraşıqlı kişi idi. Vallah qadınlar özləri onun dalınca düşürdü. Onunla şəkil çəkdirmək üçün can atırdı. Bizim münasibətlərimiz təmiz olub. Ailəvi yaxınlığımız olub. Bacısı ilə çox yaxın olmuşuq.

- Samirə xanım, eviniz olub mən bilən. Necə oldu o ev?

- Qızım, aldatdılar məni. O vaxtkı Lenin prospektində iki otaqlı evim var idi. Bir nəfər məni aldatdı evimi satdırdı. Sonra xəbər çıxmadı. İt də, getdi, ip də...(ağlayır).

- Gözəl səsiniz olub, kifayət qədər tanınmısınız da. Nə baş verdi sənətdən uzaqlaşdınız?

- Həyat çox amansızdır, qızım. Bizi nəyin gözlədiyini bilmirik. Nizami Rəmzi rəhmətə gedən günə qədər onunla el məclislərində birlikdə oxumuşuq. Sonra hər şey üst-üstdə gəldi. Nizami rəhmətə getdi, mənə fırıldaq gəldilər. Depressiyaya düşdüm. Heç kimim olmadı pənah aparacaq. Bir də ki, ay qızım, o vaxt indiki kimi deyildi. Mobil telefon yox idi. Mənim də evim satılmışdı. Toya dəvət edənlər ev telefonumu tapmırdılar. Belə-belə yaddan çıxdım.

“Məni efirdə ağladıb reytinq qazandılar”

- Bəs sonra nə işlə məşğul oldunuz, necə dolandınız?

- Mikrafon tutan bu əllər süpürgə tutmağa məcbur qaldı. 14 ilə yaxın İdman İnsitutunda süpürgəçilik etdim. Yaşlanandan sonra məni işdən qovdular ki, qocasan, kifirsən. İndi də gözümü dikmişəm insanların əlinə. Qızımın və mənim pensiyam ilə ancaq kirayə pulunu ödəmək olur.

- Köhnə nəsildən küçədə görəndə sizi tanıyan olur?

- Əvvəl süpürgəçi işləyəndə üzümü bağlayırdım. İstəmirdim, kimsə məni görsün. Bilirdim ki, tanıyan olacaq. Çünki o vaxt mən Bakıda çox adamın toyunda oxumuşam. İndi isə... Ay qızım indi güzgüyə baxanda heç özüm özümü tanıya bilmirəm. Çətin bu vəziyyətdə məni kimsə tanısın. Yəqin, telefonunda var mənim cavanlıq videom.

Başımla olduğunu təsdiqləyirəm. Görüşüdüyümüz dəqiqədən bəri ilk dəfə üzünə təbəssüm qonur. Uşaq kimi təkid edir: “Aç baxım, sən Allah”. Telefonu açıram. YouTube-da Nizami Rəmzi ilə duet oxuduqları videonu tapıb göstərirəm. Göz yaşlarına hakim ola bilmir. Videodan boylanan qadına həsrətliklə baxır. Keçmişi ilə üzləşmək ona əzab verir. “Hardan, haraya” deyib başını bulayır.

- O vaxt səhv etmirəmsə, sizi efirə çıxarmışdılar. Heç köməyi dəymədi?

- Eeee ay qızım! Zaurun verilişinə çıxdım. Dedi, sənə kömək edəcəyik. Qızımın ayağı yara tökmüşdü. Ayaqları şiş, iflic uşağı sürüyə-sürüyə televiziyaya apardım. Məni efirdə ağladıb reytinq qazandılar. Sonra o gedən getdilər.

Dərindən ah çəkib, əlini yelləyir. Mənim üçün onun keçmişini öyrənmək nə qədər maraqlıdırsa, onun üçün keçmişi xatırlamaq bir o qədər ağırılıdır. Tez-tez saatı soruşur. Bir ayağı qaçaqdır. Danışacaq çox sözü var, əslində, amma hiss edirəm ki, yorulub. İndi onu, nə şöhrət, nə sənət maraqlandırmır təbii ki. Gözlərini üzümə zilləyib mənə dualar edir. Məndən kömək umur. Çiyninə taxdığı nə vaxtsa ağ rəngdə olmuş şırmayı zənbili göstərir: “Qızım gedim ucuz mağaza olmalıdır buralarda görüm nə tapıram” .

Bir vaxtlar pula-pul deməyən məşhur indi ucuz mağaza axtarırdı. Özümdən asılı olmayaraq, kövrəldim. O, isə dua edə-edə məndən uzaqlaşdı. Video açıq qalmışdı. Samirə xanım oxuyurdu:

“Canan mənəm canan

eşq oduna yanan"

Mən onun arxasınca baxıb Oskar Vayldın o məşhur sözünü xatırladım: “Həyat sənəti təqlid edir”. Bu sözü bu gün aidiyyatı qurumlar da xatırlamalı və acınacaqlı həyat yaşayan sənətçilər üçün xüsusi tədbirlər görməlidir.

Bakupost.az

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi