"Rusiya Qarabağda bunu bacarmırsa, desin..." - Hülusi Kılıç

15 iyul, 2021 10:14

Erməni terrorçularının dünən gecə saatlarında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindən Şuşaya atəş açmasını şiddətlə qınayırıq. Bu fəaliyyətlər 10 noyabr bəyanatına tamamilə ziddir.

Azsiyaset.com bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, belə təxribat hallarının qarşısınının alınması Azərbaycan ərazisində fəaliyyət göstərən rus sülhməramlılarının birbaşa vəzifəsidir:

"Rus sülhməramlılarından öz vəzifələrini yerinə yetirmələrini gözləyirik. Əgər vəzifələrini yerinə yetirə bilmirlərsə, bunu açıq şəkildə ifadə etsinlər. Ondan sonra Azərbaycan 10 noyabr bəyanatından çəkilə və öz işini özü görə bilər. Azərbaycan 44 günlük Vətən müharibəsində sərgilədiyi gücü ilə bunu sübut etdi. Rusiya dövlətinin də məsul şəxslərinin vəzifələrini yerinə yetirmələri lazımdır. Rusiya dövləti Ermənistana belə təxribatçı əməllərə görə sərt şəkildə xəbərdarlıq etməlidir".

Keçmiş səfir Ermənistanın hər dəfə bu təxribatlarla 10 noyabr bəyanatını pozduğunu, rus sülhməramlılarının isə öz vəzifələrini yerinə yetirməmələrinin Rusiya dövlətinin də etibarına, nüfuzuna beynəlxalq aləmdə böyük zərbə vurduğunu bildirib:

"Dünyada sülhməramlı qüvvələrin vəzifələri beynəlxalq hüquqa görə bəllidir. Əgər öz vəzifələrini yerinə yetirmirlərsə, onda onların sülhməramlı statusu ortadan qalxır, bitərəfliyi itir".

Hulusi Kılıça vurğulayıb ki, Azərbaycan ərazisində hələ də erməni silahlılarının qalması qəbuledilməzdir. Rusiya Türkiyə və Azərbaycanın tərəfdaşı kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

"Bizim bu təxribat fəaliyyətlərini qəbul etməmiz mümkün deyil. Ortada Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı bir bəyanat var. Bəyanatın şərtləri bəllidir. Rus sülhməramlıları da bəyanat əsasında Azərbaycana gəlib və onlar bəyanatın şərtlərini yerinə yetirməlidirlər. Qarabağda Ermənistana tabe silahlı erməni dəstələri ola bilməz. Çünki ora Azərbaycanın ərazisidir, Xankəndi və ətrafında yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Rusiya böyük dövlətdir, həm də Türkiyə və Azərbaycana tərəfdaşıdır. Buna görə üzərinə götürdüyü hüquqi öhdəliklərini yerinə yetirməlidir. Əgər sözügedən öhdəliklər yerinə yetirilməsə, o zaman bölgədə sülh təhlükə altına düşəcək.

Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə əməl etməməsi Azərbaycanı da hüquqi məsuliyyətdən azad edir. Azərbaycan məsələnin sülh yolu ilə həllini istəyir və bütün hallarda özünü, öz haqlarını müdafiə etməyə qadirdir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR