Tofiq Yaqublunun ev dustaqlığı ləğv olundu, o, azadlığa buraxıldı
15 iyul, 2021 17:55
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublu azadlığa buraxılıb.
Bu barədə report.az-a vəkil Aqil Layıc məlumat verib.
O bildirib ki, Tofiq Yaqublunun ev dustaqlığı həbs qətimkan tədbiri ləğv edilib:
“Həmçinin cəzasının çəkilməyən hissəsi 2 il 6 ay sınaq müddəti tətbiq olunmaqla dəyişdirildi”.