Sabiq nazirin qızı evsiz qalıb - Məşhur ailədən qanunsuz pul tələbi - FOTO

16 iyul, 2021 10:17

"Mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiz şikayət edin!". Bu sözlərin müəllifi Azərbaycanda adı müxtəlif qalmaqallarda, maliyyə maxinasiyalarında hallanan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri, "Şərurlu İsfəndiyar" ləqəbi ilə tanınan İsfəndiyar Axundovdur.

O, öhdəsinə götürdüyü tikinti layihəsindən mənzil verməli olduğu Bakı sakini Məmmədova Aliyə Mirzə qızından 5 min manat əlavə ödəniş tələb edib. Görünür, qazandığı nəhayətsiz sərvət tikinti maqnatının gözünü elə örtüb ki, bu yersiz ifadələri kimə ünvanladığının fərqinə varmayıb. Bu haqda bir qədər sonra...

Azsiyaset.com bakupost.az-a istinadla xəbər verir ki, şikayətçi "AzPolitika.info"-ya yazır ki, 2009-cu ildə Yasamal rayonunda yeni tikilən binadan sahəsi 62 kv.m. olan mənzil üçün “Mur-ay“ MMC-nin direktoru Hüseynov Elxan Balaxan oğlu ilə müqavilə bağlayaraq, ona 24 min manat verib.

Sonradan məlum olub ki, bu şirkətin rəhbərliyi bir mənzili bir neçə nəfərə sataraq cinayət törədiblər:

"Doğrudur, onlar 14 fevral 2011-ci il tarixdə məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək öz layiqli cəzalarını alıblar. Bundan sonra dövlət qurumları tərəfindən bu işdə bütün zərərçəkənlərin mənzillərlə təmin edilməsi məsələsi “Şərur” MTK-ya həvalə edilib. Bu MTK-nın rəhbəri isə bizimlə görüşdə Əhmədli qəsəbəsində bünövrəsi təzə qazılan binadan veriləcək mənzilə görə əlavə 5 min manat tələb etdi. Onun bizə “mənim heç kimdən çəkinəcəyim yoxdur, gedin, kimə istəyirsiniz şikayət edin”deməsini ailəmizə qarşı təhqir kimi qəbul edirəm. “Şərurlu İsfəndiyara” bildirmək istəyirəm ki, “Dövlətə , Vətənə ləyaqətlə qulluq etmək, yaşadığın cəmiyyətdə layiqli və səxavətli, xeyirxah insan olmaq hər bir şəxsə nəsib olmur!”

Aliyə Məmmədova daha sonra Azərbaycanda tanınmış ziyalı ailəsinin nümayəndəsi olduğunu xatırladır:

“Atam Mirzə Rəhim oğlu Məmmədov 1938-1942-ci illərdə Azərbaycan Respublikası Maarif Komissarı, 1942-1944-cü illərdə Azərbaycan Kommunist Partiyası MK-nin katibi vəzifəsində çalışıb. 1944-1946-cı illərdə İranda vitse-konsul təyin edilib. 1955-1959-cu illərdə Respublika Maarif naziri işləyib. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirəz İbrahimov və digər görkəmli yazıçı və alimlərlə, Əziz Əliyev kimi dövlət xadimi ilə ailəvi dostluq etmişik.

Anam mərhum akademik Zərifə xanım Əliyevanın həmkarı və yaxın rəfiqəsi olub. Atamın elmi, ictimai-pedaqoji fəaliyyətinə, ölkəyə, xalqa göstərdiyi xidmət və dövlətə sədaqətinə görə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 90 illik yubileyi keçirilib. Ailənin yeganə övladı olmuşam. Atam çox otaqlı mənzilimizi o zaman dostu Səməd Vurğuna bağışlamışdı. Hazırda görkəmli şairin ev muzeyi həmin mənzildə yerləşir".

Şikyaətçi təəssüflə indi 62 k.v.m mənzilə möhtac qaldığını xatırlatsa da, ümidsiz olmadığını yazır:

"Əminəm ki, mənim bu harayımı eşidəcəklər. Ölkəmizdə aparılan son islahatlar və "Dəmir Yumruğun" gücü çox bağlı qapıları üzümüzə açacaq!".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR