"Boşanmadan başqa qadınla həmin evdə yaşayıb" - Eks-deputatla mayor kürəkəni üz-üzə gəldi

17 iyul, 2021 13:15

Keçmiş deputat, hazırda Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyevin qızından boşanan, ehtiyatda olan mayor İnam Kərimov birgə nikah dövründə tikdikləri evin bölünməsi ilə bağlı məhkəmə qərarından narazıdır.

İ.Kərimov qafqazinfo.az-a müraciət edərək bildirib ki, 1999-cu ildə Şaitdin Əliyevin qızı A. Kərimova ilə ailə həyatı qurub və 2020-ci ilin oktyabrında boşanıblar.

21 illik evlilik dövründə 4 övladları olan cütlüyün boşandıqdan sonra əmlakın bölünməsi üçün məhkəmə çəkişmələri başlayıb.

İnam Kərimov bildirib ki, Bakıxanov qəsəbəsində yaşayış binasındakı mənzilini keçmiş həyat yoldaşı və uşaqlarına verib: “Amma bir dənə 12 sot torpaqda tikilmiş həyət evimiz var. O torpağı özüm almışam, evi də ailə qurduqdan sonra tikmişik. İndi məhkəmə qərar verib ki, əmlakın 40 faizi mənə verilsin, amma onlar evdən çıxarılmasın. Məni də evə buraxmırlar, mən başqasının evinə yox, öz evimə gedə bilmirəm”.

İ.Kərimov iddia edir ki, Şaitdin Əliyevin təzyiqi ilə məhkəmə belə qərar çıxarıb və verilən qərarında da icrasına maneə olur: “Həmin bağ sahəsi də, bağ evi də mənim adımadır. Ümumi 12 sotdur, tələb edirəm ki, 4 sot torpaq və ev onlarda qalsın, qalan 8 sot torpaq mənə qaytarılsın. Dövlət qurumlarına etdiyim müraciətlərə də baxılmır. Çünki Şaitdin Əliyevin oğlu, Xəzər Rayon Polis İdarəsində şöbə rəisi Zaur Əliyev məni saxlatdırıb polisə apardı, orada məcbur edirdilər ki, sənədlərə qol çəkim. Məni qanunsuz olaraq, 48 saat polis idarəsində saxladılar. Bu təzyiqlərə və müdaxilələrə görə mən artıq tələb edirəm ki, bu işə başqa rayon məhkəməsində baxılsın”.

İ.Kərimovun iddiaları ilə bağlı Şaitdin Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, keçmiş kürəkəni elə o bağ evində yaşayır:

“Əksinə, İnam özü o evi zəbt edib. Gör bu nə qədər vicdansız insandır ki, ana ilə 4 uşağı çöldə qalıb, bu isə hər yerə yalandan məlumat verməklə məşğuldur. Qızım və nəvələrim binadakı evlərində yaşayırlar. O ev də İnamın deyil, qızımın öz evidir, qızımın da adınadır. Bağ evi ilə bağlı isə məhkəmə qərar verib ki, qızım və 5 övladına 60 faiz, təkcə İnama 40 faizi verilsin. Biz hələ məhkəmənin qərarından narazıyıq ki, düzgün bölgü aparılmayıb. Beş nəfərlə bir nəfərə təxminən eyni pay vermək ədalətli deyil.

Mənim məhkəmə qərarına müdaxilə etməyimlə bağlı dedikləri təxəyyüldür. Mən məhkəməyə necə təzyiq edə bilərəm? Mənim oğlumun şöbə müdiri işləməyinin ona heç bir aidiyyatı yoxdur. Bu ailə məsələsidir, məhkəmə də qərar verib. Biz ümumiyyətlə bu məsələyə qarışmırıq, nə mən, nə də qardaşı. Mən buna qarışsaydım, ümumiyyətlə... İnam özü hələ rəsmi boşanmadan yüngül əxlaqlı bir qadınla həmin bağ evində yaşamağa başlayıb. Bu insafsız heç düşünürdü ki, uşaqları neçə aydır harada yaşayırdı? Qızım və nəvələrim aylarla mənim evimdə yaşayırdı”.

Ş.Əliyev əlavə edib ki, məhkəmə qərarı icra olunacaq:

“Bunlar yəqin ki, daha bir yerdə yaşaya bilməzlər. Ev satılar, pul da bölünər. Daha bunu məhkəmə icraçıları həll edəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR