Rövşən Əkbərov özü ilə kimləri "içəri aparacaq"? - Generalın məhkəməsində böyük skandal

23 iyul, 2021 14:42

General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi, məhkəmə prosesində də inanılmaz olaylar yaşanmaqdadır.

Bu ziddiyyətli məqam Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev və Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun artıq mübahisələndirilən ifadələri ilə bağlıdır. Müdafiə tərəfi – yəni R.Əkbərovun vəkilləri bu iki şəxsin ifadələrinin sübut kimi ittiham aktından çıxarılmasını tələb ediblər. Səbəb kimi isə göstəriblər ki, həmin şəxslər bu iş üzrə daha əvvəllər də dindiriliblər və onlar hər dəfə izahat verəndə Rövşən Əkbərovun Ukraynada iş adamı Elmin Əliyevi öldürdüyünü görmədiklərini bildiriblər.

Amma sonuncu ifadələrində həm O.Hacıyev, həm də N.İbrahimov cinayəti Rövşən Əkbərovun törətdiyini və bunu gördüklərini təsdiqləyiblər. Bu, sözsüz ki, böyük skandaldır və mütləq araşdırılmalıdır.

Belə ki, hadisə 2001-ci ildə Ukraynada baş verib və həmin zaman Ukrayna Baş Prokurorluğu işdə şübhəli qismində Rövşən Əkbərovu görərək, Azərbaycan Baş Prokurorluğuna faktları göndərib, istintaq aparılmasını istəyib. İstintaq isə 2003-cü ildə yekunlaşıb, Rövşən Əkbərovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün “heç bir əsas” tapılmadığı üçün generala bəraət verilib.

Əsas-sübut tapılmamasına səbəblərdən biri də hadisənin şahidləri olan O.Hacıyev və N.İbrahimovun ifadələridir. Onlar ifadə veriblər ki, R.Əkbərovun qətl törətmələri barədə heç bir məlumata malik deyillər. Ancaq indi bəlli olur ki, O.Hacıyev və N.İbrahimov cinayət faktını nəinki biliblər, hətta bunu R.Əkbərovun törətdiyini də görüblər.

Bu isə həm Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, həm də Nazim İbrahimov barəsində cinayət təqibi başladılmasını zəruri edir.

Əvvəla, ona görə ki, hər iki şəxs qətl barədə bilə-bilə susublar. İkincisi, hüquq-mühafizə orqanlarının apardığı istintaqa mane olublar və istintaqa yalan danışıblar.

Hər bir şəxs istintaqa ifadə verərkən bilə-bilə yalan danışmağa görə məsuliyyət daşıdığı haqda müstəntiqin xəbərdarlığını alır və yazılı şəkildə bu barədə məlumatlandırılıb, altında imza atır. Bu isə o deməkdir ki, şəxs bilə-bilə istintaqa yalan məlumat verirsə, buna görə məsuliyyət daşımağa məhkumdur.

Adıgedən şəxslər cinayət faktını bildikləri halda hüquq-mühafizə orqanlarından nəinki gizlədiblər, hətta istintaqı yayındıraraq, qatilin azadlıqda gəzməsinə, yüksək dövlət vəzifəsi tutmasına şərait yaradıblar. Bu isə birmənalı şəkildə cinayət məsuliyyəti doğurur.

Burda Cinayət Məcəlləsinin ən azı 297-ci maddəsi tətbiq olunmalıdır.

Maddə 297.: Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə:

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə — beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Burda qətl hadisəsi baş verdiyindən, 297.2-ci maddə tətbiq olunur. Bu isə o deməkdir ki, N.İbrahimov və O.Hacıyevi ən azı 2 ildən 6 ilədək müddətinə həbs cəzası gözləyir.

Ancaq sözügedən şəxslərin cinayət əməli yalnız bununla məhdudlaşmır. Burda həmçinin cinayət haqda məlumatı gizlətmə faktı var və bu da CM-in 307-ci maddəsi ilə məsuliyyət yaradır.

Maddə 307. Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə

307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, xüsusilə ağır cinayət – qətl baş verib və bu cinayət barədə məlumat vermədiyi üçün sözügedən şəxslər haqda CM-in 307.3 maddəsi ilə cinayət işi qaldırılmalıdır. Bunun isə cəzası 2 ildən 5 ilə qədərdir.

Aydın olur ki, cinayəti gizlətmə və hüquq-mühafizə orqanlarını, istintaqı bilə-bilə aldatma ilə cinayət məsuliyyətinə cəlb edilməli olan O.Hacıyev və N.İbrahimov 4 ildən 11 ilədək həbs cəzası ala bilərlər.

Maraqlıdır, onlar barəsində cinayət işi niyə açılmır? Onlar R.Əkbərov tərəfindən təhdidmi ediliblər? Ölümlə hədələniblərmi? Əgər belədirsə, R.Əkbərovun ittihamına CM-in daha bir neçə maddəsi əlavə olunmalı və həmin şəxslər məhkəmədə ifadə verməlidirlər...

Mövzu davam etdiriləcək...

bakupost.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR