"Azərbaycan, Ələhvaz!", "İttihad, ittihad!" - Etirazlar Təbrizə sıçradı

25 iyul, 2021 00:58

İranın Xuzestan vilayətində su qıtlığına və digər sosial problemlərə görə günlərdir davam edən etirazlar Cənubi Azərbaycana-Təbriz şəhərinə də sıçrayıb. 

Azsiyaset.com xəbər verir ki, bu gün iyulun 24-də Təbriz küçələrinə çıxan azərbaycanlılar Xuzestan sakinlərinin etirazlarına dəstək ifadə ediblər və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı silah işlətməsini pisləyiblər. Habelə azərbaycanlılar “Azərbaycan, Ələhvaz!”, “İttihad, ittihad!” şüarları da səsləndiriblər.

AN.T (aznews.tv)  Güney Azərbaycan  televiziyasına cənubdan daxil olan görüntülərə əsasən Təbriz küçələrinə çıxan minlərlə etirazçıya polis və motosikletli “Bəsic” üzvləri müdaxilə etməyə çalışır. Bəzi yerlərdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib. Etirazlar xaotik xarakter daşıyır və təşkil edilməyib, çünki cənublu milli fəalların əksəriyyəti hazırda həbsdədir və Cənubi Azərbaycanda təşkil edilmiş etirazların keçirilməsi hazırda mümkün deyil.

Xəbər verildiyi kimi, İranın Xuzestan (bölgə sakinləri -etnik ərəblər bu əyaləti Əl-Əhvaz adlandırırlar,-red.) bölgəsində su qıtlığına görə günlərdir kütləvi etirazlar keçirilir və təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində artıq 7-yə yaxın adam həlak olub. Onlardan biri də polis zabitidir. Problemə səbəb həm İranda uzun müddətdir davam edən quraqlıq, həm də illər əvvəl Xuzestan bölgəsindən keçən çayların səmtinin dəyişdirilməsi və onların metallurgiya zavodları yerləşən bölgələrə axıdılmasıdır. İranın Ali dini lideri ötən gün Xuzestan sakinlərinin tələblərinin haqlı olduğunu bildirib və məmurları insanların problemlərini həll etməyə çağırıb.(virtualaz.org)

 

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"