"Yoluxma sürətlə artarsa, sərt qapanmaya gediləcək" - Prezidentin köməkçisi
26 iyul, 2021 16:10
Prezidentin köməkçisi Şahmar Mövsümov payızda yenidən sərt qapanmaların olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Azsiyaset.com xəbər verir ki, Ş. Mövsümov deyib ki, əgər yoluxma sürətlə artarsa, xəstəxanalar dolarsa, sərt qapanmaya gediləcək:
“Əgər epidemioloji vəziyyət pisləşsə, biz qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur. Qapanma olmadan bunun qarşısını almaq çox çətindir. Amma insanlar kütləvi şəkildə və qısa müddətdə vaksin olunarsa, qapanmaya getməyə ehtiyac qalmayacaq, təşviş də olmayacaq”.