Deputat Şeyxi müdafiə etdi - "İranın Azərbaycan barədə mövqeyi həmişə müsbət olub"

27 iyul, 2021 23:37

“Şeyx həzrətləri hər zaman bütün məsələlərdə sinəsini qabağa verib, Azərbaycana dəstək olub. Bir kəlmə ilə kiminsə bütün əməyinin üstündən xətt çəkmək olmaz. İnsanların taleyi ilə oynamaq olmaz. Ola bilsin ki, başqa söz demək istəyib”.

Azsiyaset.com xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat hesab edir ki, Allahşükür Paşazadənin İranın Vətən müharibəsindəki rolu barədə olan açıqlamasını şişirtmək, buna görə Şeyxi “xalq düşməni” çıxarmaq olmaz:

“Xüsusilə bütün dünyada tanınmış azərbaycanlılarla bağlı məsələlərdə ehtiyatlı olmaq lazımdır. 70 yaşı var, ola bilər ki, bir sözün əvəzinə başqa söz desin, normaldır. İranın Azərbaycan barədə mövqeyi isə həmişə müsbət olub. Vətən müharibəsi dövründə humanitar yardımla bağlı problemlər yaşansa da, sonra yollar bağlandı. İranla Azərbaycan qonşu olduğuna və Gülüstan və Türkmənçay müqavilələrində sonra Azərbaycanın cənub hissəsi İrana birləşdirildiyinə görə, bizim İranla münasibətimiz daha sıxdır. Misal üçün, Azərbaycana Vətən müharibəsi dövründə çox dəstək verən Pakistan isə müsəlman dövləti olsa da, azərbaycanlı deyillər. Odur ki, Şeyxin bəyanatını siyasiləşdirmək lazım deyil. Allahşükür Paşazadə hər zaman din siyasəti ilə yanaşı, dövlətin də siyasətini müdafiə edib. Yəni, Şeyx bir az başqa mənada demək istəyib. Medianın bu məsələni çox şişirtməsi doğru deyil. Bir kəlməyə görə Şeyxin istefasını tələb etmək gülüncdür. Onda gərək Azərbaycandan çox adamı qovaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR