Bakıda niyə ev ala bilmirik? - Fantastik rəqəmlər və tələblər...

28 iyul, 2021 12:43

Jurnalistlərin 3-cü binası ətrafında yaranan qalmaqal mənzil problemini yenidən gündəmə gətirib. Azərbaycanda yeni tikilən binalar nəinki minimum əməkhaqqı alanlar, hətta aylıq gəliri 600-900 manat arası dəyişən vətəndaşlar üçün də əlçatan deyil. Media qurumlarında çalışan müxbirlərin isə əməkhaqqı təxminən bu civarda qərarlaşır. Məsələnin digər narahatedici tərəfi isə sosial ev layihəsindən yararlanma şansının jurnalistika peşəsinin sahiblərinə verilməməsidir. Həmçinin ipoteka ilə satılan evlərdə jurnalistlər üçün güzəşt mövcud deyil. 

Azsiyaset.com xəbər verir ki, yenisabah.az mövzunun aktuallağını nəzərə alaraq bu gün Bakı şəhərində və yaxın ərazilərdə yeni evlərin uzunmüddətli kreditlə alınması üçün şərtlər və qiymətlərlə maraqlanıb.

“Kristal Abşeron”dan kreditlə verilən evlərin 20 il üçün nəzərdə tutulduğunu və ilkin ödənişin rəsmi əməkhaqqından asılı olaraq dəyişdiyini bildiriblər:

“Yeni Günəşlidə evlərin kvadrat metri 1 250, Qara Qarayevdə isə 1580 manatdan hesablanır. Qarayev layihəmizdə hazırda tikinti davam edən bina var və yalnız üçotaqlı binalar qalıb. Günəşlidə isə kifayət qədər mənzil mövcuddur. 

İkiotaqlı mənzillər 66 kvadrat-metrdir və əməkhaqqından asılı olaraq ilkin ödəniş faizi dəyişir. Məsələn, rəsmi əməkhaqqınız 600 manatdırsa, 30 faiz, yəni 26 min manat ilkin, daha sonra isə 560 manat aylıq ödəniş edəcəksiniz. 

Yox, əgər 1000 manat rəsmi əməkhaqqı varsa, 20 faiz ilkin ödəniş tələb olunur və hər ay 640 manat ödənilir.  Mənzillər 20 il müddətinə verilir”.

İndi gəlin, hesablayaq: 66 kvadratmetr mənzil alıcıya neçə manata başa gəlir? 

26 min manat ilkin ödəniş 

20 il ayda 560 manat ödəniş = 134400 

26 000 + 134 000 = 160 400 manat

160400 : 66 kvmetr = 2430 manat

Deməli, Yeni Günəşlidə 66 kvadratmetir təmirsiz binada 1 kvadrat metr 2430 manata başa gələcək. Hesablamanı davam etdirsək, (2430:560=4,3) belə anlaşılır ki, ipoteka götürən şəxs 4,3 aya cəmi 1 kvmetr ərazinin pulunu ödəyir.

“Bakıxanov Residence”də kreditlə 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir:

“İkiotaqlı mənzillərlə bağlı iki layihəmiz var. Layihələrdən biri oktyabrda hazır olacaq. Orada ikiotaqlı mənzillər 65 və 74 kvadrat-metrdir. Onlar 16-cı, yəni sonuncu mərtəbədə yerləşir. 65 kvadrat-metr evlər üçün ilkin ödəniş ən azı 38 560 manat təşkil edir. Bildirim ki, evlər 36 aylıq satılır və aylıq ödəniş 1071 manatdır. 

Üçotaqlı evlərlə bağlı da yeni layihəmiz var, 2 il yarıma hazır olacaq, ev ümumi 127 kvadrat-metrdir. Orada ilkin ödəniş 82 500 manat tələb olunur. Aylıq isə 2 292 manat ödənilməlidir”.

Bu şərtlərdə isə heç orta təbəqə hesab olunan şəxslərin də mənzil alması imkansız görünür. Çünki mənzilin qiymətinin tam yarısı ilkin ödəniş olaraq alınır. Aylıq ödəniş də kifayət qədər yüksəkdir. Amma əvvəlki nümunə ilə müqayisədə 1 kvadratmetrin qiyməti təxminən yarıbayarı ucuz olur. Aylıq əməkhaqqı ilə yaşayan, normal biznesi olmayan şəxslərin bu şərtlərlə mənzil almaq imkanı heç üfüqdə də görünmür.

“Melissa Park” Yaşayış Kompleksi nin şərtləri isə fantastikadır. 43,2 kv.m olan təmirsiz mənzilin bir kvadratmetiri 3200 manata başa gəlir. Normal məntiqlə buna heyrət etməmək mümkün deyil. Rəqəmləri yazırıq, özünüz hesablayın:

“20 yanvar m/s yaxınlığında, H.Zərdabi 3166 ünvanında yerləşən “Melissa Park” layihəsində tikintisi davam edən binada sahəsi 43,2 kv.m olan təmirsiz mənzilin 20 illik ipoteka ilə ilkin ödənişi 6 310 manat, aylıq ödənişi 548 manat təşkil edir”.

“Jasmine Park” SARAY kompleksində isə təmirsiz mənzillər üçün ilkin ödəniş 8 min manatdır:

“Evlər Saray qəsəbəsində Sumqayıtın girişinə, körpüyə çatmamış solda yerləşir, 503 (Bakı-Saray-Sumqayıt), 523 (Xırdalan-Saray-Sumqayıt),  539(Binə t/m-Saray-Sumqayıt) saylı marşrutlar önündən keçir. Təmirsiz 55.12 kv/m mənzil 20 illik ipoteka şərtləri ilə verilir. İlkin cəmi 8000 AZN, aylıq isə 290 AZN ödəməklə Saray layihəmizdə tək şəxsiyyət vəsiqəsi ilə mənzil sahibi olmaq mümkündür”.

“Mahal Construction” tikinti şirkəti ikiotaqlı mənzillər üçün ilkin 37 min manat ödəniş tələb edildiyini diqqətə çatdırıb:

“Yasamalda ikiotaqlı mənzillərin qiyməti 95-125 min manat arası dəyişir. Evi kreditlə alacaq olsanız, 30 faiz ilkin ödəniş ödəyirsiniz ki, bu zaman 1 kvadrat-metr 1 300 manatdan hesablanır və 37 min manat təşkil edir. Aylıq ödəniş isə 3 600 manatdır. Kredit 24 ay üçün nəzərdə tutulub”.

İndi gələk Məzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələrinə. Bu sistemdə, ümumilikdə, “Güzəştli mənzil”lər mövcuddur. Məsələn, Yasamal Yaşayış Kompleksində vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 

1 otaqlı mənzillərin qiyməti 29 925, 2 otaqlı 47 282, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda isə müddət 3-30 il arası dəyişir və ilkin ödəniş ümumi məbləğin 10 faizini təşkil edir. Burada illik faiz dərəcəsi 4 faizdir, aylıq ödəniş isə 1 otaqlı mənzillərdə 129-136, 2 otaqlı mənzillərdə 203-236, 3 otaqlı mənzillərdə isə 282-288 manatdır.

Biz bu yazıda rəqəmləri təqdim etdik, bəzi hallarda şərh də verdik. Ümumi belə bir nəticə çıxarmaq olar ki, əgər əhalinin mənzil almaq imkanı yoxdursa, o zaman şəhərdə tikilən yüzlərlə yeni binalardan mənzilləri kimlər alır? Həmin binalara kənardan baxmaqla sualın cavabını tapmaq mümkündür. O binalardakı mənzillərin böyük əksəriyyəti boşdur. Sahibləri var, amma yaşayış yoxdur. Ölkədə mövcud olan pulların 70-80 faizini əlində cəmləyən məmur-oliqarxların yüzlərlə belə binalarda mənzilləri var. Alıblar, qara gün üçün saxlayırlar. 

Bizim kimi gözünü aylıq maaşa dikənlər isə mənzilə sahib olmaq üçün günlərinin bir hissəsini bax belə araşdırma aparmaqla uyğun variant tapmağa çalışır. Ümidsiz və çarəsizcə...

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"