Şirvanda tender müəmması - Eyni qaliblər, fərqli adlar...

29 iyul, 2021 10:49

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Azsiyaset.com “Ölkə.az”-a istinadən xəbər verir ki, tenderin qalibi “Aztimont” ASC olub. Qalib şirkətlə 593,288 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.

"Aztimont” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 50,432 min manatdır.

Qeyd edək ki, ötən il ərzində Şirvan şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri ilə bağlı 3 tenderdə “Aztimont” ASC-ni qalib elan edib və şirkətə ümumilikdə 1,458 mln manat ödənilib. Maraqlıdır ki, həmin dövrdə şirkətin adı “Aztimont” ASC deyil, “Azərtikinti-Quraşdirma-Servis-23” ASC olub.

Eləcə də, daha əvvəl Şirvan şəhər İcra Hakimiyyətinin və İcra Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin elan etdiyi 3 tenderi eyni şəxsə məxsus iki şirkət udub. Belə ki, Şirvan şəhərinin abadlaşdırılması ilə bağlı tenderlərin birində “Delta-İnşaat” MMC, digər ikisində “Next-Təchizat” MMC qalib olub və şirkətlərə ümumilikdə 824,417 min manat ödəniş edilib.

“Next-Təchizat” və “Delta-İnşaat” MMC-lər 2012-ci ildə bir gün fərqlə 26 və 27 yanvar tarixlərində yaradılıb və qanuni təmsilçiləri İbrəhimov Əlimurad Nuralı oğludur. Şirvan şəhəri, M. Rəsulzadə, ev 14 ünvanında qeydiyyatda olan şirkətlərin nizamnamə kapitalı 50 manatdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR