Türkiyənin Müdafiə Nazirliyi Ermənistanın sərhəd təxribatları haqda BƏYANAT VERDİ

29 iyul, 2021 23:29

Türkiyə Silahlı Qüvvələrinin (TSK) minatəmizləyən bölmələri tərəfindən Azərbaycan ordusuna dəstək çərçivəsində bu günə qədər Ermənistanın işğalından azad edilən bölgələrdə 344 min 409 kvadratmetr ərazi minalardan təmizlənib.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Müşavirliyinin zabiti, mayor (minbaşı) Pınar Kara bu gün keçirdiyi brifinqdə bu haqda bildirib.

“TSK Qardaş ölkə Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq anlaşmaları çərçivəsində Azərbaycan Silahlı qüvvələrinin modernizasiyasına və tədris fəaliyyətlərinə dəstək verməyə davam edir. TSK və Azərbaycan Silahlı Qüvvələri birlikdə həyata keçirdikləri təlimlərdə peşəkar personalı və təchizatı ilə qarşıya qoyulacaq hər cür vəzifəni yerinə yetirəcək gücdə olduğunu göstərməkdədir”,-Pınar Kara deyib.

Türkiyə Müdafiə Nazirliyinin rəsmisi daha sonra Azərbaycan-Ermənistan sərhədində son günlər baş verən hadisələri xatırladıb. Erməni tərəfinin təxribatları nəticəsində Azərbaycan ordusunun 1 hərbçisinin şəhid olduğunu, 2 hərbçisinin yaralandığını bildirib. Bu təxribatlara cavab verildiyini qeyd edib.

“Son zamanlar erməni tərəfinin təxribatlarında artım müşahidə olunur. Bu baş verənlər göstərir ki, Azərbaycanın zəfəri ilə nəticələnən Tək Vətən Hərəkatı sonrası hörmətli prezident Əliyevin sülhə yönəlmiş cəhdlərinə Ermənistan tərəfi konstruktiv münasibət göstərmir. Ermənistanın bölgədəki aqressiv davranışları qarşısında Azərbaycan Türkü qardaşlarımızın haqlı mübarizələrində yanlarında olduğumuzu bir daha vurğulayır, təhsil, hərbi yardım və müşavirlik fəaliyyətləri ilə “iki dövlət, bir millət” anlayışına uyğun olaraq bu günə qədər olduğu kimi, bundan sonra da azərbaycanlı qardaşlarımızın yanlarında olmağa davam edəcəyimizi bildirmək istəyirik”,-Pınar Kara bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR