Rabitə sektorunun inhisarçıları birləşdirilir - "Rəqabət mühiti daha da pisləşəcək..."

31 iyul, 2021 10:02

"Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRT) strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib. Bir neçə il öncə də "AzEurotel"in təşkilati-hüquqi forması dəyişdirilərək "Baktelecom"un tabeliyinə verilib. Əvvəllər bu qurumun tabeliyindəki çoxsaylı qurumlar da ləğv edilərək "Baktelecom"a birləşdirilmişdi".

Azsiyaset.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, hazırda nəhəng regional dövlət telekommunikasiya operatoru olan "Aztelekom"la Bakı şəhəri və ətraf ərazilər üzrə telekommunikasiya operatoru olan digər inhisarçı qurumun - "Baktelecom"un birləşdirilməsinə hazırlıq görülür.

Mütəxəssisin sözlərinə görə, NRYTN bu qurumları ölkə üzrə vahid "Aztelekom" operatoru olaraq birləşdirməyi nəzərdə tutub: "Bununla bağlı beynəlxalq məsləhətçi şirkət prosesə cəlb olunub. Görünən odur ki, Nazirlik ətrafında ölan, tabeliyində olan və olmayan qurumların təmərküzləşməsi prosesi gedir. Bu qurumların bir çoxu da inhisarçıdır və birləşmədən sonra, müəyyən müddət üçün daha böyük inhisarçı qurumlar formalaşacaq".

O.Gündüz vurğulayıb ki, Nazirlik adı çəkilən inhisarçı qurumların vəziyyətini daha da yaxşılaşdırmaq və bundan sonra özəlləşmə məsələsini gündəmə gətirmək istəyir: "Əlbəttə, Nazirliyin sektorda vəziyyəti yaxşılaşdırmaq, korporativ idarəetməni təkmilləşdirmək, özəlləşdirmədən öncə müəssisələrin start vəziyyətlərini yaxşılaşdırmaq istiqamətidəki addımları anlaşılandır. Xatırlayıram ki, Prezident tərəfindən nazirin təyinatında da sektordakı bu tip problemlərin tez bir zamanda həllinə diqqət yönəldilmişdi.

Amma düşünürəm ki, bu tip birləşmə və təmərküzləşmə addımlarından öncə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurumu yaratmaq daha doğru olardı. Bu istiqamətdə müəyyən rəsmi mesajlar olsa da, xeyli müddətdir ki, bu sahədə işlər ləngiyir. Əslində 2020-ci ilin sonunda bu proses yekunlaşmalıydı".

Ekspert qeyd edib ki, sözügedən birləşmələr, struktur dəyişiklikləri, inhisarçıların birləşməsi müstəqil tənzimləyici qurum olmadan mövcud rəqabət mühitini daha da pisləşdirə bilər: "Bu baxımdan, fikrimcə, hökumət sektorda müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Qurumunun formalaşdırılmasını sürətləndirməli, telekommunikasiya sektorunda səlahiyyət bölgüsü konkretləşməlidir. Telekommunikasiya sektorunda indiki zamanda kommersiya fəaliyyəti göstərməyən, müstəqil olan, inhisarçılara və özəl sektora bərabər şərait və normal tənzimləyici qaydalar yaratmalı olan dövlət qurumuna ciddi ehtiyac var".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR