Qarabağımızı dirçəldəcək FOND

31 iyul, 2021 14:11

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızda 30 illik işğala son qoydu. 30 il sonra qayıtdığımız torpaqlarımızda mənfur düşmənin azğınlığı ilə qarşılaşdıq. Nə bir bina qalıb, nə də bir daş. Hər şeyi daşıyıb satıblar, darmadağın ediblər. Çünki bu torpaqların sahiblərinin bir gün qayıdacağını bilirdilər.

Artıq o torpaqların gerçək sahibləri qayıtdı və indi önümüzdə uzun bir yol var, o torpaqlara yenidən həyatı qaytarmaq, yenidən dirçəltmək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə intensiv işlər həyata keçirilir, vacib addımlar atılır. Belə addımlardan biri, həm də ən mühümü Qarabağ Dirçəliş Fondunun yaradılması oldu.

Prezidentin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun əsas hədəfi işğaldan azad edilən ərazilərin bərpası, yenidən qurulması, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən layihələyə maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsidir. Publik hüquqi şəxs kimi yaradılan Fondun bu məqsədlə ölkə daxilində və xaricində fəaliyyət konkret istiqamətləri var.

Fiziki və hüquqi şəxslərin ianələrini, qrantları, qanunla qadağan olunmayan digər mənbələri Qarabağn dirçəldilməsinə cəlb etməkdir. Belə demək mümkünsə, Fond azad edilmiş torpaqların bərpasında, yenidən qurulmasında dövlətə dəstək fəaliyyətini həyata keçirəcək.

Belə bir Fondun yaradılmasına niyə ehtiyac var idi

Birincisi, Ermənistanın işğal dövründə həyatı məhv etdiyi ərazilərə yeni həyat qaytarmaq üçün milyardlarla vəsait lazımdır və bu istiqamətdə dövlətin dəstəyə ehtiyacı var;

İkincisi, azad edilmiş torpaqlarımızın bərpasına dəstək olmaq istəyən vətəndaşlar, şirkətlər və müxtəlif təbəqədən olan insanlar var. Bu dəstəyin bir Fondda toplanması şəffaflıq baxımından önəmlidir, həm də belə dəstəklərin stimullaşdırılmasına ehtiyac var;

Üçüncüsü, həm daxildə, həm də xaricdə o ərazilərə sərmayələrin cəlb edilməsi üçün genişmiqyaslı təşviqat aparılmalıdır;

Dördüncüsü, ianələrin, qrantların və sərmayələrin bir Fondda toplanması bu vəsaitlərin daha səmərəli istifadəsinə imkan yaradacaq;

Yanvarın 4-də yaradılan Fond artıq bir sıra mühüm fəaliyyətlər həyata keçirib. İlk gündən Fondun Müşahidə Şurasının mütəmadi iclasları keçirilir, atılacaq addımlar müzakirə edilərək, qərarlar verilir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin həm ölkə daxilində, həm də xaricində rəhbərlik etdiyi təbliğat-təşviqat işləri də intensiv şəkildə böyüməkdədir. Onun bu təşkilata rəhbərlik etməsi doğma Qarabağımızın təbliğatı üçün yeni töhfə olacaq.

Fondun ən mühüm layihələrindən biri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” (Qarabağ Mərkəzi) layihəsidir. Layihənin əsas məqsədi işğal dövründə Ermənistanın Qarabağda törətdiyi dağıntıların bütün dünyaya ictimaiyyətinə təqdim edilməsidir.

“Karabakh.Center” internet resursunda Qarabağda maddi-mədəni irsə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası faktlarla əksini tapıb. Ermənistanın işğal dövründə dağıtdığı obyektlərin 10 mindən çox fotoşəkili və videogörüntüsü də yer alır. Ən vacib məqamlardan biri dağıdılmış obyektlərin işğaldan əvvəlki vəziyyətini əks etdirən görüntülərin də yerləşdirilməsidir və bu, müqayisə üçün əhəmiyyətlidir.

3 dildə - Azərbaycan, rus və ingilis – fəaliyyət göstərən internet resursunda “Münaqişə”, “Cinayət”, “Urbisid”, “Qələbə”, “Kitabxana” bölmələri fəaliyyət göstərir və hər bir bölmədə Qarabağın tarixi, işğaldan əvvəlki vəziyyəti, işğalı, işğal dövründə məhv edilməsi, işğaldan azad edilməsi zəngin faktlarla yer alır.

Bu internet resursu xüsusilə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. Beləliklə, həm Azərbaycan həqiqətləri və Ermənistanın təcavüzkar siyasəti dünyaya çatdırılır, həm də xarici sərmayələrin, qrantların cəlb edilməsi, toplanacaq vəsaitlərin konkret hansı məqsədlərlə xərclənəcəyi, nələrə sərf ediləcəyi göstərilir.

İnternet resursunda “İanə et” bölməsi həm ölkə daxilində, həm də ölkə xaricində bərpa və yenidənqurma işlərinə dəstək vermək istəyənlər üçün konkret ünvanın təqdim edilməsi baxımından vacib məqamlardan biridir.

Qarabağın dirçəlişi məqsədilə yaradılan Fondun qısa zamanda həyata keçirdiyi işlər belə bir layihənin nə qədər lazımlı olduğunu sübut edən nümunələrdən biridir. Fondun fəaliyyəti qısa zamanda Qarabağımızın dirçəldilməsi işinə mühüm töhfələr verəcəyi inamını daha da artırır.


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR