"Narkotiklərlə bağlı baş verənlər xalqa qarşı təxribatdır" - Səadət Bənəniyarlı

04 avqust, 2021 10:06

“Biz cəmiyyət olaraq problemi həll edə bilməyəcəyik”

2 il əvvəl, 2019-cu ilin aprelində Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC)keçirildi. Təşkilatçılar bəyan etmişdi ki, dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün təşkil olunub.

Azərbaycandan konfransa qatılan mütəxəssislərin tədbirdə əxz etdikləri bilikləri praktikada tətbiq edib-etmədikləri haqda məlumat yoxdur. Ortada acı mənzərə var. Azərbaycanın kəndlərindən, şəhərlərdən, rayonlarından narkotik istifadəçilərinin sayının durmadan artması haqda məlumatlar səngimir. Narkotik satanları hər kənddə, şəhərdə, rayonda xeyli tanıyan var. Səbəb də sadədir. Onları tanıyanlar əsasən narkotik istifadəçiləridir. O adamlar ki, narkotikdən asılı vəziyyətdədirlər. Narkotikdən aslılıq, həyatını narkotikə həsr etmə və məhv olma əsasən zəif iradəli fərdlərə xasdır. Yəni belə asılılıqdan əziyyət çəkənlər balaca bir narkotik dozasına görə istənilən məlumatı bölüşəcək qədər zəifdirlər. Belə olan halda ortaya sual çıxır: narkotik istifadəçisi ələ keçirsə, həmin o narkotiki satan azadlıqda necə qala bilir? 

Niyə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi antinarkotik tədbirləri yetərsizliyi ilə diqqət çəkir?  Narkotacirlərin “açıq bazarı”nın bağlanması üçün gərəkən addımlar da nəzərə çarpmır. Sanki ölkədə narkoticarətdən əldə olunan böyük pulların dövriyyəsinə sərhədlərimizi aşan narkomafiyaların himayəsi var və bu himayəçilik narkotacirləri əli qandallı həbsə göndərilməkdən hifz edir.

Narkomanların azad edilmiş Qarabağda basdırılan mina sahələrinə buraxılması tələbi var!

Nə etməli? Vəziyyətdən çıxış yolu varmı?  Digər tərəfdən də narkomanlarla bağlı çox ciddi tədbirlərin görülməsi tələbləri eşidilir. Cəmiyyət göz qabağında olan narkomanlardan, onların doza üçün oğurluqlarından, narkotikin təsiri altında atdığı xoşagəlməz addımlarda bezib. Hətta narkomanları azad edilmiş torpaqlardakı mina sahələrinə buraxmaqla problemi çözmək təklifi  də var.

“Sərtləşmə narkotikləri yayanlara, narkotik ticarəti ilə məşğul olanlara qarşı olmalıdır”

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, narkomaniya ağır xəstəlikdir: “Xəstə adamlara qarşı sərt tədbirlər görmək o qədər də düzgün addım deyil. Hesab edirəm ki, sərtləşmə narkotikləri yayanlara, narkotik ticarəti ilə məşğul olanlara qarşı olmalıdır. Azərbaycanda narkotikləri ölkəyə gətirənlərə, ölkədə satışını təşkil edənlərə qarşı sərt, təsirli tədbirlər görülməyincə, biz cəmiyyət olaraq problemi həll edə bilməyəcəyik. O qruplar ki, narkotikləri ölkəyə gətirirlər, onlar ifşa olunmalı, ən ağır cəzalara məhkum edilməlidirlər. Narkomaniya bəlasına düçar olanlara qarşı isə sərt tədbirlər əvəzinə reabilitasiya mərkəzlərinin açılması və ora müalicəyə göndərilməsi zərurəti var. Azərbaycanda narkotik asılılığı olan şəxslərin reabilitasiyasını professional səviyyədə həyata keçirən çox az mərkəz var. Azərbaycanda narkomanların rəsmi və qeyri-rəsmi sayını nəzərə alsaq, fəaliyyətdə olan reabilitasiya mərkəzləri çox azdır”.

“Buradakı müəyyən qrupları vasitəsilə narkotikləri ölkənin hər tərəfinə yayırlar”

Hüquq müdafiəçisi deyir ki, belə mərkəzlərin əlçatanlığı da istənilən səviyyədə deyil. “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var. Amma həmin komissiyanın işi görünmür. Sizcə, bu nə ilə əlaqədardır” sualına hüquq müdafiəçisi belə cavab verib: “Azərbaycanda təkcə bu komissiya deyil, digər xüsusi idarə də var, dövlət qurumları da var. Deyərdim ki, narkotiklərlə bağlı hazırda baş verənlər xalqımıza qarşı bir təxribatdır. Qonşu ölkələrdən Azərbaycana narkotik gətirirlər, özlərinin buradakı müəyyən qrupları vasitəsilə narkotikləri ölkənin hər tərəfinə yayırlar. Son vaxtlar bunun qarşısının alınması üçün nə qədər reydlər, tədbirlər keçirilir. Amma daha artıq işlənməli, orqanlar daha çox işlər görməlidirlər”.

“Narkoticarətlə mübarizədə birlik olmalıdır”

“Narkotiklərin dövriyyəsinin qarşısının alınması üçün aparılan mübarizə yetərlidirmi” sualına hüquq müdafiəçisi belə cavab verdi: “Mübarizə daimi, kampaniya şəkilində olmamalıdır. Mən istərdim ki, daha güclü mübarizə aparılsın, cəmiyyət səfərbər olunmalıdır. Əməli şəkildə cəmiyyət səfərbər edilməsə, vəziyyət daha da ağırlaşacaq. Cəmiyyət deyəndə həm də dövlət strukturlarını nəzərdə tuturam. Adıçəkilən Dövlət Komissiyasının işini nəzərdə tuturam. Narkoticarətlə mübarizədə birlik olmalıdır, birlik olmayan yerdə mübarizə səmərəli olmayacaq”.

“Narkotiklərlə mübarizə üçün yaradılan dövlət qurumları arasında sanki koordinasiya yoxdur. Qurumların əlaqəli işləməməsi bu problemin aradan qalxmasında çətinlik yaratmırmı” sualına hüquq müdafiəçisi “Əslində Dövlət Komissiyası məhz bu sahə ilə bağlı bütün fəaliyyətlərin koordinasiya olunması üçün yaradılıb. Görünən odur ki, koordinasiyaya ciddi ehtiyac var”, - deyə cavab verdi.  

Narkotiklərlə bağlı illik hesabatı Dövlət Komissiyasının saytında tapanlara mükafat

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının saytında 2021-ci ilin 6 ayı ərzində ölkə ərazisində narkotiklərlə bağlı görülən tədbirlər haqda statistik məlumatlar yoxdur. Komissiyanın işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov “Yeni Müsavat”a deyib ki, statistik məlumatlar yaxın günlərdə sayta yerləşdiriləcək. Komissiyanın saytında 2020-ci ilə aid statistik məlumatlar da ilk 3 ayı əhatə edir.

“Bu halda statistik məlumatlar niyə müvafiq bölümdə deyil, xəbərlər bölümünə yerləşdirilib?”

Tanrıverdi Aydınov illik statistik məlumatların saytdakı “Statistik məlumatlar” bölümünə deyil, “Xəbərlər” bölümünə yerləşdirildiyini deyib və bunun səbəbini belə izah edib ki, “2020-ci ilə dair ”İllik Hesabat" jurnal formasında nəşr edilib. Jurnalın materiallarının genişliyi və ümumilikdə PDF formatında olan jurnal üzərindən axtarışın çətin olması hesabatı hazırlayanların gərək ki, marağında olmasın. Bu halda statistik məlumatlar niyə müvafiq bölümdə deyil, xəbərlər bölümünə yerləşdirilib? “Narkotacirlərin niyə azadlıqda qalması” sualı kimi bu sual da açıqdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR