Eldəniz Səlimovun həbsi atasından niyə gizlədilir? - VİDEO

04 avqust, 2021 13:44

Deputat Eldəniz Səlimovun həbs edilməsi atasından gizlədilir.

Azsiyasət.com xəbər verir ki, bu barədə məlumatı bakupost.az -a ailəyə yaxın şəxslər verib. Bildirilib ki, atası Adil Səlimov xeyli müddətdir ağır yataq xəstəsidir, müalicə alır. Onun bir neçə dəfə insult keçirdiyi bildirilir. Səhhətinin ağırlığını nəzərə alıb, baş verən hadisə haqda ona məlumat vermirlər.

Mənbə Eldəniz Səlimovun özünün də qan-damar xəstəliklərindən əziyyət çəkdiyini bildirib. Məlumata görə, o, bir neçə il əvvəl qəfildən infarkt keçirib və ürək damarlarına stend qoyulub.

Eldəniz Səlimovun atasının uzun müddət ağır xəstəlikdən əziyyət çəkməsi, yataq xəstəsi olması xəbəri bəzi suallar doğurur.

Məlum olduğu kimi, ötən ay E.Səlimovun şirkət sahibi olan atası Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Onun Xaçmaz rayonunun Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə "Qərb Ekol" şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərini kəsdirdiyi, təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan vurduğu aşkarlanmışdı. Ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilmişdi. Bununla bağlı Eldəniz Səlimov açıqlamasında demişdi ki, məsələyə onun aidiyyəti yoxdur. Onun açıqlamasından belə qənaətə gəlmək olurdu ki, atasının işinə qarışmır.

Atasının isə hansısa şirkətə sahiblik etmək, meşə qırdırmaq imkanı yox imiş, səhhəti buna imkan vermirmiş. Onda Adil Səlimovun adıyla bu işləri kimlər görüb? Bu işlərin başında Eldəniz Səlimovdan başqa kim ola bilər?

Hər halda bu məsələdə xeyli maraqlı suallar açıq qalır.

Qeyd edək ki, polisi döydüyü üçün Eldəniz Səlimovun deputat toxunulmazlığına ötən gün xitam verilib və o, həbs olunub. Qərardan dərhal sonra Eldəniz Səlimov hakim qarşısına çıxarılıb və 3 aylıq həbs olunub.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR