"Rus qoşunları olmasaydı, vəziyyət tam başqa olacaqdı" - Araik Arutunyan
04 avqust, 2021 13:48
Qarabağ terrorçularının rəhbəri Araik Arutunyan sülhməramlıların nəzarət etdiyi Ağdərə qəsəbəsinə gəlib.
Azsiyasət.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, Arutunyan rus qoşunlarının bölgədə daimi əsasda qalmalı olduğunu deyib.
“Regionda yaranmış yeni vəziyyətə görə, təhlükəsizliyimizi özümüz təmin etmək gücündə deyilik. Bunun üçün Rusiya sülhməramlıları müvəqqəti deyil, daimi əsasda qalmalıdır. Rusiya qoşunları gəlməsəydi, regionda indi tam başqa vəziyyət olacaqdı”, - deyə terrorçuların başçısı bildirib.