DİN-dən feministlərin aksiyası ilə bağlı - AÇIQLAMA

05 avqust, 2021 11:03

Ötən gün bir qrup feminist fəal əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı Xəzər rayon Polis İdarəsinin qarşısında aksiya keçirməyə cəhd edib. Onlar simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, hadisə zamanı saxlanılan olmayıb.

Polis İdarəsinin qarşısına toplaşan fəalların iddiasına görə, onlar daha sonra inzibati binaya çağırılaraq zorakılığa məruz qalıblar. Sözügedən İdarənin Elmir İbrahimov və Pərviz adlı polis əməkdaşlarından şikayətçi olan qadınlar döyüldüklərini və şəxslərinə qarşı təhqiredici ifadələrə yol verildiyini iddia ediblər. 

Elşad Hacıyev bu iddialara da münasibət bildirib: “Sözügedən şəxslərin iddiaları əsassızdır və həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.

Xatırladaq ki, avqustun 3-də 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmova əri Füzuli Qarayev tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində çoxsaylı bıçaq zərbələri nəticəsində öldürülüb. Hələ mart ayında S. Məhərrəmovanın əri Füzuli Qarayev tərəfindən işgəncələrə məruz qalması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı.

Ötən gün DİN növbəti dəfə açıqlama yayaraq bu məsələdə polisin daha çox müzakirə edilməsinə aydınlıq gətirmişdi. Elşad Hacıyev hadisəni ağır, faciəvi adlandıraraq bu halın baş verməməli olduğunu qeyd etmişdi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR