Dövlət Yol Polisinin "boz kardinal"ları - Ramiz Zeynalov islahatlara necə mane olur?

05 avqust, 2021 17:15

Azərbaycanda iqtsiadi-siyasi və sosial həyatın bu sahələrində köklü islhatalar aparılır. Prezident İlham Əliyevin qətiyyəti sayəsində baş tutan islahatlar özünün müsbət nəticələrini də verməkdədir. Xüsusilə də, dövlət-vətəndaş münasibətlərini gərginləşdirən, cəmiyyətdə dərin uçurum və psixoloji trama yaradan sahələrdəki əsaslı dəyişikliklər yeni perspektivlər üçün imkanlar da yaradır.

Ancaq təəssüflər olsun ki, ölkədə aparılan islahatlar kursundan tamamilə kənarda qalan sahələr də var. Məsələn, Dövlət Yol Polisi sistemi! Yol polisi sistemindəki problemləri sadalamaq sadəlövlük olardı, çünki hər bir vətəndaş bu sahədəki eybəcərliklərin, qanunsuzluqların hər gün şahidi olur. El arasında deyildiyi kimi, “görünən dağa bələdçi lazım deyil”.

Yol polisi sistemində ən ciddi problem Ramiz Zeynalovun 27 ldir bu sahəyə rəhbərlik etməsidir. General-mayor Ramiz Zeynalov 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışır. Bu o deməkdir ki, 1994-cü ildə doğulan uşağın artıq 27 yaşı var və hələ də bu ölkədə bütün maşınlar “Zeynalovun çubuğu” ilə cərimələnir. BDYPİ-nin rəisi postunda “betonlaşan” R.Zeynalovun rəhbərlik etdiyi sahədə hər hansı bir islahatdan danışmaq ağılsızlıq olardı. Onun yol polisi sisteminə rəhbərlik etməsi bu sahədə aparılmalı olan əhəmiyyətli islahatları da bəribaşdan bloklayıb. Böyük var-dövlətə sahiblənən R.Zeynalovun (növbəti yazılarda bu barədə olan məlumatlar da əskini tapacaq) sərhədsiz səlahiyyətləri yol polisi sistemindəki problemləri daha da dərinləşdirməklə, ölkədə aparılan islahatlarla daban-dabana ziddiyyət təşkil edir.

Bəs problemlər nədir?

- Sürücülük vəsiqələri pulla satılır ( qiyməti 1100-1200 manat)

- Yol Polisi Xidməti (YPX) maşınlarının hər birinə günlük 400 manat məcburi “tas” qoyulub

- Rayon yollarında gizli radarlar qurşadırılıb və bu üsulla insanlar yol polisi idarəsi tərəfindən soyğunçuluğua məruz qalır

- Vətəndaşları cərimələmək üçün şəhəriçi çaşdırıcı nişanlar quraşdırılır və nəticədə hər kəs ən azı bir dəfə bu tələyə düşür

- Cinayətkar media qurumlarının rəhbərləri ilə şərikli fəaliyyət təşkil olunub, məhz bu üsulla bahalı nömrələr onlara verilir, sürücülük vəsiqələri ilə bağlı bazarlıq aparılır, postlarda istədikləri şəkildə hərəkət edə bilirlər

ARAYIŞ: Azsiyaset.com saytında 10 aprel 2021-ci il tarixində Fuad Mayılov "fenomeni", YPX-dən günlük tələblər” sərlövhəli məqalə dərc olunmuşdu. Yazının dərcindən sonra BDYPİ-nin mətbuat katibi N.Piriyev saytımızla əlaqə saxlayaraq məqalədə səslənən iddiaların doğru olmadığını bildirmidi. Şübhəsiz, BDYPİ-nin sözçüsünün fikirlərini olduğu kimi yazmışdıq. Çünki biz tərəfdən heç bir qərəzdən söhbət gedə bilməz və polis orqanlarının fəaliyyətinin müsbət istiqamətdə işıqlandırılmasının həmişə tərəfdarı olmuşuq.

Ancaq problem hələ də qalmaqdadır. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Fuad Mayılov qanunsuz addımlarını davam etdirməkdə israrlı görünür. YPX maşınlarının hər biri ona günlük 400 manat pul çatdırmalıdır. Halbuki, bu rəqəm əvvəllər daha az idi. Məhz bu biabırçı vəziyyətə görə sürücülərdən rüşvət alan yol polislərinin videogörüntüləri yayılır.

Əgər YPX maşınlarından hər gün 400 manat rüşvət tələb olunmasa, onlar da sürücülərdən rüşvət alan yerdə videokameralara tuş gəlməzdilər. Bu məsələdə də bir əndrəbadi durum var. Nəticədə rüşvət əmri verənlər yox, sıravi polis serjantları işdən qovulmalı olurlar.

Yol polisi sistemində ən böyük “bazarlıq”ların başından dayanan şəxslərdən biri Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyevdir.

Uzun müddət bu sistemdə işləyən K.Əliyev digərlərindən fərqli olaraq işini bilən adamdır. Elə onun mötəbər vəzifəyə təyinatı da təsadüfi deyil. Çünki K.Əliyev yol polisi qaydalarını mükəmməl bildiyi kimi bu qaydalar əsasında maxinasiyaların metodlarını da daha yaxşı şəkildə hazırlaya bilərdi.

Heç şübhəsiz, nə F.Mayılov, nə də K.Əliyev bütün bu qanunsuzluqları özbaşına həyata keçirmir. Bütün əmrlərin başında dayanan R.Zeynalovdur. Təsadüfi deyil ki, öz yaxınları ilə söhbətində sürücülük vəsiqələri üçün yığılan rüşvətin “yuxarılara” çatdırıldığını bildirirlər.

Növbəti yazıda...

- Bahalı nömrələrin qiymətləri

- Qeydiyyat-İmtahan İdarələrindəki özbaşınalıqlar və s.

Azsiyaset.com

 

 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"