Nizami Piriyevin oğlu Londonda 560 milyon dollara klub alır - FOTOLAR

05 avqust, 2021 17:25

Bir neçə il əvvəl “Beynəlxalq Bank işi” ilə bağlı həbs edilən və daha sonra azadlığa buraxılan “kredit oliqarxı” Nizami Piriyevin oğlu Nəsib Piriyev Londonda 560 milyon dollara futbol klubu alır.

Azsiyaset.com virtualaz.org-a istinadən xəbər verir ki, Nəsib Piriyev “PAI Capital” firmasının icraçı partnyoru qismində “West Ham United” futbol klubunun səhmlərini almaq barədə təklifini təqdim edib və yaxın vaxtlarda bu firma klubun gələcəyinə dair planlarını açıqlayacaq. Bu haqda “Hammers News” yazır.

Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankından Qaradağda metanol zavodu tikmək üçün aldığı və faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham olunaraq 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi. Piriyev daha sonra SOCAR-la anlaşdı və onun “AzMeCo” şirkəti metanol zavodunu dövlət neft şirkətinə verdi, əvəzində kredit borclarının qaytarılacağına dair SOCAR-dan təminat aldı və həbsdən çıxdı. Piriyevin metanol zavodu fəaliyyətə başladıqdan qısa zaman sonra, xammal qismində təbii qazın təchizatının dayandırılmasına görə işini dayandırmışdı.

N.Piriyev həbs olunandan sonra onun oğlu Nəsib Piriyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Piriyevin barəsindəki axtarış qərarının daha sonra ləğv edilib-edilmədiyi məlum deyil. Hazırda onun adı İnterpol-un axtarışda olan şəxslər siyahısında yoxdur.

“Hammers News” Piriyevin “PAI Capital” şirkətinə müraciət edərək onun nədən “West Ham United” futbol klubunu almaq istədiyini soruşub. Şirkətdən bu suala maraqlı cavab verilib: ““PAI Capital” -ın icraçı partnyoru Nəsib Piriyev 1986-cı ildən başlayaraq “West Ham United” klubunun və İngiltərə yığmasının qızğın azarkeşidir”

Lakin nəşr azərbaycanlı biznesmenin təkcə çılğın azarkeş olduğu üçün bu futbol klubunu almaq istədiyini inandırıcı saymır. Xüsusən də  İngiltərənin “Queens Park Rangers”  futbol klubunun  keçmiş rəhbəri Filip Birdanın bu sövdələşmədə iştirakı haqda məlumatların olduğu nəzərə alınarsa. Bildirilir ki, “West Ham United” azarkeşləri Filip Birdanın şübhəli imici haqda məlumatlıdır. Bəs “West Ham United” klubunun səhmlərini David Sallivan və David Qolddan almaq istəyən  müəmmalı azarkeşin, yəni Nəsib Piriyevin barəsində nə məlumdur?

“PAI Capital” şirkətinin saytında Piriyev neft-kimya, neft və qaz, maliyyə xidmətləri, habelə istehlak və pərakəndə satış bazarları üzrə iş təcrübəsi olan sahibkar kimi təqdim olunur. O, həmçinin “PNN Group” və “AzMeCo” şirkətinin həmtəsisçiləri sırasında yer alır.

“Cənab Piriyev son 15 ildə Rusiyada, Mərkəzi Asiyada və Uzaq Şərqdə bir çox layihələri uğurla həyata keçirib. Bu layihələrə Azərbaycanda müasir metanol zavodunun tikilməsi də daxildir”,-şirkətin saytında deyilir.

Fotoda: Nəsib Piriyev

Bundan başqa, “PNN Group” şirkəti özünün “Buta Fashion Group” törəmə şirkəti vasitəsilə Azərbaycanda məşhur geyim brendlərinin, zərgərlik məmulatlarının və aksesuarlarının, o cümlədən “Alfred Dunhill”, “DeBeers Diamond Jewelers”, “Nina Ricci”, “Brunello Cucinelli” və digərlərinin satışı və distribütorluğunu həyata keçirib. 2015-ci ildə isə “Buta Fashion Group” şirkətini satıb.

Bildirilir ki, 2019-cu ildən Piriyev “PAI Capital” şirkətinin beynəlxalq səviyyədə fəaliyyətini inkişaf etdirməklə məşğuldur.

“West Ham United” klubunun indiki sahibləri

Nəşr Piriyevin “West Ham United” klubunu almaq təklifinin müəmmalı olduğuna dair daha bir məqamı qeyd edir: biznesmen doğrudan da “West Ham United” klubunun çılğın azarkeşidirsə 2020-ci ilin mayında nədən Fransanın “Marcel” (“Olimpic”) futbol klubunu almaq istəyirdi? (Baş tutmamış bu sövdələşmə təklifi barədə o vaxt mətbuat yazıb,-red.)

Xatırladılır ki, Nəsib Piriyevin atası və Böyük Britaniyanın keçmiş baş naziri ilə maliyyə bağlantıları olan Nizami 2015-ci ildə Azərbaycanda seriya maliyyə cinayətlərində ittiham olunaraq həbs edilmişdi. Nəşr yazır ki, “West Ham United” fanatları artıq indidən Piriyevin sərvətini aydınlaşdırmağa çalışırlar, amma Google terminalında bununla bağlı aparılan axtarışlar nəticə vermir.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"